Page 221 - "Xəzər"
P. 221
Hərdən, Davisito, elə olur ki, çoxdan içində dəfn olunan təəssüratlar,
epizodlar suvağı tökülmüş divarın, qoxunun, sözün, baxışın, ya nəğmənin sayəsində
üzə çıxır. Sanki sehrli çubuğun bir hərəkətiylə, sonra baş verən hadisələrin ağırlığı
altında əzilən, keçmişindəki bütün əhvalatı xatırlayırsan. Tamamilə aydındı ki,
Davisito, belə xatirələrin böyük hissəsi bizimlə qəbrə gedəcək, çünki həmin nəğmə,
həmin baxış, həmin söz, həmin qoxu rastımıza çıxmayıb ki, onları tərpədə, oyada,
hərəkətverici qüvvə tapılmayıb ki, münasib məqamda onları cana gətirə. Bu xatirələr
xatirə olmaqdan çıxıblar, ancaq kimsə onları gizlicə dəhmərləsə təzədən xatirə ola
bilərlər.

Pansiona qayıdanda, Davisito, bütün bunlar haqqında düşünürdüm, giriş isə
artıq o qədər qaranlıq və sakitlik idi ki, liftə minib anlaşılmaz qorxu içində əl
havasına üçüncü mərtəbənin düyməsini axtardım. Və düymə əvəzinə məni
qabaqlayan ələ toxunanda donub qaldım. Məni qara basdığını düşünüb əlimi
çəkdim, bir neçə saniyə tərəddüddən sonra əminlik üçün əlimi yenə düyməyə
uzatdım, ancaq həmin əl orda idi, Davisito, özü də bu əl ağır, həm də son dərəcə
soyuq idi, qorxudan özümü elə itirdim ki, əlim o biri əlin üstünə düşdü və birdən işıq
yandı, mən geri dönmədən, arxamda dayanıb köhnə dost kimi üzümə gülümsəyən
Robinetin əksini liftin qapısına vurulmuş şüşədə gördüm.

Ax, Davisito! Üçüncü mərtəbəyə boş yerə liftlə qalxmağın mənim üçün
dözülməz dərəcədə uzun, qurtarmaq bilməyən bir yola çevrilməsindən danışmağa
dəyərmi? Doğrusu, Davisito, belə bir tiplə liftdə tək qalmaq, ondan asılı vəziyyətə
düşmək heç də xoş deyil. İndi kinolarda bir yığın qəhrəman peyda olub, bir anın
içində nə baş verdiyini anlayıb, caninin yaxasından yapışaraq, bir-iki ciu-
citsu1(yapon milli sərbəst güləş növü) fəndiylə kürəyini yerə vururlar. Bunları
fikirləşib öz acizliyimə darılırdım, Davisito, mənsə həyatda hər şeyin başqa cür
olduğunu düşünürdüm, məsələn, hətta cani çox vaxt güclü, cəld olur, ciu-citsu daha
yaxşı bilir və əgər namuslu adam axmaqlıq eləyib yerində dinc oturmasa, pul kisəsini
almaq nədi, üstəlik, onu yaxşıca əzişdirərlər, hələ öldürmələrini demirəm. Elə bu cür
də olur, Davisito: namuslu adam namusla pul qazanmaq üçün oxuyur, cani isə həmin
vaxt ciu-citsu fəndlərini öyrənir və çətin vəziyyətlərdə, çox ehtimal ki, namuslu
adam pul kisəsiz və səfeh yerində qalacaq.
   216   217   218   219   220   221   222   223   224   225   226