Page 218 - "Xəzər"
P. 218
Bizim köhnə evin giriş qapısına ayaq qoyanda, ürəyim çırpınırdı, Davisito.
Sənin, atamın, anamın, bizim burda həqiqətən xoşbəxt olmadığımız haqda
fikirləşdim. Adətən, muzeydə olduğu kimi, girişdə dayanıb diqqətlə bir də hər şeyə
göz gəzdirdim. Qəfil düz qarşımda qadın gördüm və elə bil kimsə mənim əvəzimə
qışqırdı:

–Madame Louvois!

Davisito, and içirəm ki, onu xatırlamırdım, ümumiyyətlə, yaşayıb-
yaşamadığını bilmirdim, di gəl, çox tanış bir şey kimi ağzımdan çıxdı. O, təəccüblə
soruşdu:

–Qui etes-vous? 1(“Siz kimsiniz?”(fran.)

Mən cavab verdim:

–Lenuar!

O, məni qucaqlamaq istədi, ancaq birdən yerində donub qaldı:

–Ah, mon peril Lenoir!2(“Ah, əziz Lenuar!” (fran.)

Bir-birimizin əlindən tutduq, madam Luvuanın sulanmış gözləri parıldayırdı.

–Mon fils que tu as grandi,3(“Sən necə də böyümüsən, oğlum”. Fran.) – o,
sözünə davam etdi.

Qırışlı əllərinə toxunanda, uşaqlıqda bu əllərin məni necə sığalladığını
xatırladım və yalnız bu vaxt onun necə arıqlayıb qocaldığını sezdim və madam
Luvuanın hələ sizin Marşall planına özünü çatdırmadığını düşündüm.

Dedim ki, sonra ona dəyəcəyəm, ancaq indi evimizə qalxıram, o isə: “Cest
bien, mon enfant”,4(Yaxşı, oğlum. (fran.) – dedi, ancaq məndən ayrılmaq istəmədi
və axırda dilini sürüdü: “Pierre etait mort”. 5(Pyer öldü”. (fran.) Onun nə dediyini
gözəl başa düşürdüm, Davisito və təsəlli üçün əlimi kürəyinə vurdum. Madam
Luvua köks ötürdü, gözləri yol çəkdi və məndən aralananda yalnız bunu dedi:
“Cetait la guerre, mon fils”. 6(“Müharibə oldu, oğlum”. (fran.))
   213   214   215   216   217   218   219   220   221   222   223