Page 217 - "Xəzər"
P. 217
sarətsiz halda stola yaxınlaşıb səkkizə qoydum: cüt, ancaq tək düşdü, yenə
səkkizə qoydum: cüt, ancaq tək düşdü və sonuncu dəfə risk eləyib səkkizə bir neçə
frank qoydum: cüt, ancaq tək düşdü. Yaxşı geyinmiş dolu oğlan gözümü qırpmağa
macal tapmamış oyuncaq dırmığa oxşayan bir şeylə mənim fişkalarımı çəkib
aparırdı. Bu, mənim əsəbimə toxundu, Davisito, çünki min frankı fişkalara
dəyişmişdim və oğluma lazım olacaq pulları havaya sovurmaq ağılsızlıqdı. Yenə
Auritanın üstünə düşdüm: “Artıq gedək?” Və yenə dərhal razılaşanda
təəccübləndim. “Gedək, – o dedi, – yatmaq istəyirəm”.

XXII

Aurita yuxudan əzgin, qaşqabaqlı durdu və bütün səhəri yataqdan qalxmadı,
mən isə onun böyründə uzanıb “Le Züdue” qəzetini oxumağa başladım. Nahardan
sonra Servye küçəsini gəzənə qədər ona mürgüləməsini təklif etdim. Qarı artıq
söyləməyə macal tapmışdı: “Cest a cote”1(“Bu yaxınlıqdadı”(fran.) Aurita yenə
mızıldadı: “Mən daha qorxmuram, doğru sözümdü”. Mən isə fikirləşdim: “Robinetlə
rastlaşacağımı hardan bilim?” Ancaq ürəyimin dərinliyində hansısa xırda bir şeyin
məni izə salacağına ümid eləyirdim, ən pis halda, Davisito, özümü sakitləşdirirdim
ki, şəraiti dəyişməmiz mənim boynumdakı şişə və arvadımın əsəblərinə xeyri dəyər.

Servye pansiona, demək olar, paralel küçəydi və nə qədər çox gedirdim bir
o qədər həyəcanlanırdım, Davisito, haçansa keçirdiyim hissləri yenidən yaşamağa
çalışsam da bacarmırdım. Öz-özümə təkrar eləyirdim: “Bax, bu mənə tanışdı, bu
mənə tanışdı”. Əslində isə, Davisito, heç nə mənə tanış gəlmirdi, şüurumun
dərinliklərindəkini oyatmaq üçün belə fikirləşirdim, ancaq əbəs yerə. Köhnə evimizə
yaxınlaşdıqca dizlərim əsirdi. Hansısa barın yanında dayanıb, bir xeyli baxdım. Və
düşündüm: “Hə, götürək elə bu barı...” Ancaq bu məni yalnız daha da
həyəcanlandırdı, ona görə içəri keçib konyak sifarış elədim. Küncdəki
radioqəbuledicidə “Sena”nı oxuyurdular. Onda bütün Fransa “Sena” oxuyurdu, bu
musiqi mənim də xoşuma gəlirdi, Davisito, həzin, qəmli, adamı kövrəldirdi.
   212   213   214   215   216   217   218   219   220   221   222