Page 216 - "Xəzər"
P. 216
Yuyunub çamadandakı əşyalarımızı şkafdan asdıq, sonra Aurita teatra
getmək istədiyini dedi; qarıdan soruşduq ki, harda yaxşı bir tamaşaya baxmaq olar,
o da cavab verdi ki, Pale-d-İverdə son dərəcə məzəli və maraqlı bir komik truppa
çıxış edir. Pale-d-İverə necə getməyi öyrənib, Davisito, lövhələri oxuya-oxuya yenə
küçələrin canına düşdük və hər yeni lövhəni oxuyanda ürəyim sıxılırdı, bu dəfəsə
ondakı gəzintimizin məqsədi olan ryu Servyeyə çatdığımıza ümid eləyirdim.
Pale-d-İverin pillələriylə qalxdıq və Aurita qulağıma pıçıldadı: “Çox
gözəldi!”, yaxınlıqda sülənən bir oğlan isə bizə yaxınlaşıb ispan dilində soruşdu:
“Maşını çəkək, senyor?” Davisito, mən ətrafıma boylanıb ondan soruşdum: “Hansı
maşını?” – “A”– o, etinasızcasına səsini uzadıb aralandı. İlk dəfə Robineti gördüyüm
vaxtda olduğu kimi eyni hissləri keçirdim, yəni demək istəyirəm ki, bütün bu
təmtəraq, bu cahcalal mənə təzə görünmürdü, əməlli-başlı xatırlamadığım əvvəlki
həyatımdan nələrisə yadıma salırdı. Vestübüldəki oyun stollarına və gözqamaşdıran
rəqs meydançasına, hətta konsert zalına köhnə tanışla yenidən görüşürəmmiş kimi
iltifatla nəzər saldım.
Səhnədə şıq geyinmiş oğlan, əynində bikini olan olduqca cəlbedici qız, sol
küncdə, təbii ki, necə baxmağından asılıdı, yırğalanan çadır vardı. Artistlərin bir-
birinə dedikləri tamaşaçıları güldürürdü, ancaq mən axı başa düşmürdüm, Davisito
və nəyə güldüklərini başa düşmək üçün lojaya göz gəzdirirdim – məncə, mənasız
şeydi. Lifçikli qız sanki qəsdən tez-tez danışıb özünə lap həkk gəlirdi və tamaşa
uzandıqca başım bir o qədər çox səs-küylə dolurdu, deyərdin, bu saat partlayacaq.
Ətrafımdakı qəhqəhə mənə gülürlərmiş kimi qanımı qaraldırdı və canına and içirəm
ki, Davisito, həyatımda heç vaxt özümü belə gülünc vəziyyətdə hiss eləməmişdim.
Mən altdan-altdan Auritaya baxıb onun səfeh kimi oturduğunu görərək hirsləndim:
“Bəlkə gedək?” Onu dilə tutmağımı gözləməyib ayağa durdu və Davisito, bundan
belə başa düşdüm ki, şıq geyinmiş oğlanla bikinili qızın söhbəti onun üçün də
maraqlı deyil.
Vestübüldə orkestr çalırdı və bir neçə cütlük rəqs eləyirdi. Mən ruletkaya
yaxınlaşıb Auritaya dedim: “Bəxtimi sınayacağam”. O, cavab verdi: “Ehtiyatlı ol,
əzizim”. Ancaq mən atamı məhv edən oyun həyəcanını hiss eləmək istəyirdim.