Page 214 - "Xəzər"
P. 214
Tout droit jusqua Saint Jacques. Une fois La, renseignez vous”.1(“San-Jaka qədər
düz gedin. Orda soruşarsınız”.) Auritanın qolundan bərk-bərk yapışıb pıçıldadım:
“Mən başa düşmədim”. O gülüb dedi: “Müqəddəs İakova qədər düz gedəcəyik. Orda
isə baxarıq”.
Aurita elə bil öz həmişəki naxoşluqlarından tamam yaxa qurtarmışdı, mənə
isə dinclik hakim kəsilmişdi, elə bil Robinetin yaxınlığını duymaq mənə güc
vermişdi. Naməlum şəhər Auritayla məni mehribanlaşdırmışdı və ailəmizin
dincliyini pozan, necə deyərlər, son buludlar dağılmışdı.
I Albert meydanında bağça, bağçada isə taxta skamyalar varıydı,
skamyalarda gənc oğlan və qızlar oturub öpüşürdülər, onlara soyuğuymuş kimi
qucaqlaşırdılar. Bağçanın ortasında I Albertin pyedestalı dururdu, ancaq I Albertin
özü yoxuydu, çünki almanlar onu qaçırıb əritmişdilər. Pyedestal “I Albert” yazısıyla
yetim kimi görünürdü, sanki sarsaq bir zarafat idi, sanki bununla demək istəyirdilər
ki, I Albert, sadəcə, yazığın, heç nəyin biri olub. İntəhası, oğlanlarla qızların
qızğınlığını belə fikirlər soyutmurdu və onların ehtirasını görəndə, Davisito, özümə
sual verirdim: bəs necə olur ki, son iki ildə Fransanın əhalisi ancaq elə azalır.
Beləcə işıq yanmayan iri girişi və arxadakı lazımsız şeylər yığılmış həyətdə
qarajı olan pansiona gəlib çıxdıq. Fikirləşdim, yəqin, orda solğun-sarı fanarlarıyla
küçələrdə şütüyən bir xeyli “sitroen”, “reno”, “pejo” gecələyir. Sağ tərəfdən
yuxarıya qaranlıq pilləkən qalxırdı və biz pilləkənlə qalxmağa başlayanda Aurita
dirsəyimi sıxıb dedi: “Mən qorxuram”. Pərt halda gülümsədim: “Axmaqlığa bax!”
Ancaq ürəyimin dərinliyində özüm də qorxurdum, qaranlıq künc-bucağa göz
gəzdirib, sanki bu saat Robinetin oradan sıçrayıb çıxacağını gözləyirdim.
Qapının zəngini çaldım, işıq yandı və qapıdan səliqəli geyinmiş bir qarı
boylandı, bizsə Aurita ilə, əvvəcədən danışdığımız kimi, xorla dedik:
–Bonne nuit, madame.1(Axşamınız xeyir, madam.)
O cavab verdi:
–Oh, bonne nuit! İl u a un ascenseur.2(O, axşamınız xeyir! Lift ki var. )