Page 211 - "Xəzər"
P. 211
– Bu ev həmişə narıncı rəngdədi, Lenuar, – o dedi. – Sən bu fikrə öyrəş. İşıq
müxtəlif cür düşdüyünə görə rəngini dəyişir.

Mən bir az düşünüb soruşdum:
–Sən, yəqin, ağlımı itirdiyimi fikirləşirsən, elədi, Enrike?
–Boşla, nə düşündüyümün bir mənası var? – deyib dostcasına çiynimə
şappıldatdı.
Gecələr yatanda Robinet haqqında yuxularıma uşaqlarla, qanqliitlə bağlı
qarabasmalar da qarışırdı, sanki bədənimin hər yerindən boynumdakı şişlərdən
çıxırdı, sonra onların hamısı hava şarları kimi partlamağa başlayırdılar və hər şardan
körpə uşaqlar çıxıb ayaqlarını oynadırdılar, sonra Aurita da xırda məməcikli həmin
şişlərdən səpir və körpələr çarpayıda iməkləyib hərəsi öz şişindən əmməyə başlayır
və Aurita elə tez əriyir ki, suyu çəkildiyinə görə həkim məcbur olur ona maye
vursun. Körpələr pişik balaları kimi acgözlüklə analarını əmirlər, onlara baxmaq isə
məni çimçəşdirir, ürəyimi bulandırır və elə ehtiyatla tərpənməli oluram ki, onların
heç birini əzməyim. Tər içində və ürəyimdə sıxıntı oyanıram. Bir səhər yanıma
sığortayla gələn həkimə dedim:
–Mənim arvadım hamilədi. Nə fikirləşirsiniz, bəlkə ekizdi?
–Niyə ekiz olmalıdı?
–Axı ekiz də olur...
O, mənə qulaq asmadı. Şişi əliylə yoxlayıb dedi:
–Sağalmağa doğru gedir. Ayağa durmaq olar, ancaq özünüzü gücə salmayın.
İmkan varsa, şəraitinizi dəyişin, sizə faydası dəyər.

XX

Mən ayağa qalxmağı çox istəyirdim, Davisito, çünki valideynlərimin
yuxarıda, az qala, icarə pulu da vermək lazım gəlmədiyi çox münasib anbarda
   206   207   208   209   210   211   212   213   214   215   216