Page 194 - "Xəzər"
P. 194
Ona görə bankdakı işim barədə düşünməyə üstünlük verdim, xoşbəxtlikdən
orda mənə rahat, xəlvət bir yer ayırmışdılar. Gözünün qabağına gətir, Davisito,
pəncərənin qarşısında yazı stolu, onun yanında da həmişə belimi qızdıran batareya.
Mən orda təmtəkəm, yanıma məxsusi kimsə gəlməsə, nə görən var, nə eşidən. Orda
öz kefimə Robinet haqqında düşünüb, fikrim dolaşmasın deyə qeydlər aparırdım və
gecələr çimir almağa qoymayan fərziyyələr yürüdürdüm; bir sözlə, o günlər başım
o qədər gərgin, eyni zamanda, əbəs yerə işlədi ki, üzüldüm və boynumda şiş əmələ
gəldi. Mənə sığorta ilə baxan həkim bunun qanqliit1(əsəb düyünlərinin iltihabı)
olduğunu dedi, çox yeməyi, gündə on saat yatmağı məsləhət gördü. Ancaq Aurita
hay-küy saldı ki, əgər mən öz yaramaz şişimlə bu qədər əlləşirəmsə, o bəs
özününküylə nə etməlidi. Mənim narahatçılığım, özümə qapılmağım onu
əsəbiləşdirirdi, nəhayət, bir axşam aləmi qatdı, başladı çamadanını yığmağa ki,
anasıgilə gedir. Onu saxlamaq istəsəm də, yola gəlmədi.
–Bəlkə ərimin məşuqə saxlamağına da dözməliyəm? – dedi.
–Belə danışma!
–Ah, danışmayım? Bəs bütün günü nə haqda fikirləşirsən, niyə yatmırsan,
yemirsən, bilmək olar?
And içmişdim ki, ona heç nə deməyim, Davisito, çünki bərk qorxudan
eybəcər uşaq doğulduğunu bilirdim, ancaq halını görüb hər şeyi olduğu kimi
danışdım. O mənə qulaq asıb dedi:
–Gündə yüz dəfə məndə belə şeylər olur; kimisə görürəm, ancaq hansı
dükanda işlədiyi yadımda qalmır. Səfehlikdi bunlar, boş şeylərdi.
İstədim onu başa salım ki, bu, elə şey deyil, ancaq öz işindəydi – yadında
qalmayan dükançılardan danışırdı. Nə isə, sonrakı günlər də məndə xüsusi bir
dəyişiklik görməyib, Aurita vərdiş elədi yeri gəldi-gəlmədi ağlayıb sızlamağa ki,
Robinetin mənim üçün daha əziz olmasına dözə bilmir.