Page 198 - "Xəzər"
P. 198
a qolçaq taxır. Fando bizi yaxşıca yedirib içirdi, axırda mən Sançes və Berriqotla
qaldım, o birilər qadınlarla gəzməyə getdilər.
Mən süstləşmişdim və axşam sərin olsa da əməllicə tərləmişdim. Öz-özümə
dedim: “Şənlən, bu qonaqlıq sənin şişinə xeyirdi”. Elə həmin an hansısa pəzəvəngin
küçəni keçib metroya tərəf qaçdığını gördüm. Birdən ağlıma gəldi: “Axı mən onu
tanıyıram”. Qiymətli vaxtı itirmişdim, dərhal mənə çatmamışdı: “Axmaq adam, bu
ki Robinetdi!” “Bağışlayın!” deməyəcə macal tapıb götürüldüm, əldən düşmüş
Robinet isə qabaqda yorturdu; qışqırdım ki, dayansın, ancaq heç vecinə də olmadı,
qaçıb özünü metroya saldı. Yüyürə-yüyürə fikirləşdim: “Mənim qarşımdakı adamın
vicdanı təmiz deyil, ona görə aradan çıxır”. Pilləkəndə yavaşıdım. Fandonun
çaxırından başım gicəllənirdi, boynumu sındırmamaq üçün ehmalca aşağı düşdüm.
Stansiyada heç kim yox idi, yalnız qulaqbatıran qəribə bir sükut hökm sürürdü və
birdən Sançesin, Berriqortun yuxarıdan məni səsləməsiylə eyni vaxtda, tunelin sağ
tərəfində addım səsləri eşitdim. Çox düşünmədən relslərin üstünə tullanıb, qaranlığa
cumdum. Var gücümlə Robineti çağırdım, ancaq cavabında tuneldə vur-tut əks-səda
eşidildi. Əvvəlcə qaranlıqda işıldayan relslərin üstüylə qaçdım, ancaq get-gedə
qaranlıq qatılaşdı, onda ürəyimin döyüntüsünü peysərimdəki şişdə hiss elədim.
Fikirləşdim: “Bircə qatarın altına düşməyim”. Və özlüyümdə qərara aldım: “O biri
yola atılaram”. Bu yerdə sürünə-sürünə yaxınlaşan qorxu pıçıldadı: “Birdən hər iki
yoldan da eyni vaxtda qatar gəlsə?” Qorxu ilan kimi boğazıma dolansa da,
sakitləşmək üçün özümə cavab verdim: “Lənət şeytana, belə şey olmaz. Artıq bu
vaxtlar, demək olar, qatar işləmir”. Elə bu zaman qatarın fiti eşidildi, ayağımın
altındakı relslər titrədi. Səs arxadan gəlirdi və içimdəki əsməcəylə işığın haçan
peyda olacağını gözlədim. Bütün diqqətimi toplayıb, əks tərəfdən də belə bir səsi
eşitməyə çalışırdım, ancaq eşitməyib o biri yola tullandım və vaqonların işığında
uzaqdan görünən Robinetin arxasınca götürüldüm.
Sonra yenə qaranlıq çökdü, bir müddət sonra isə növbəti stansiyanın işıqlı
qübbəsi göründü. Təzə gələn qatarın gurultusunu eşitdim, eyni zamanda, Robinetin
yöndəmsiz halda perrona çıxdığını gördüm. Qatar aramızı kəsdi. Qeyri-ixtiyari bir-
iki dəfə qışqırdım, sonra öz-özümə dedim: “Nədi, qışqırıqla kimisə saxlaya
biləcəyini düşünürsən?” Özüm də cavab verdim: “Yox”. Onda ağlım qulağıma