Page 199 - "Xəzər"
P. 199
çıldadı: “Niyə axı belə qışqırırsan?” Etiraf etməli oldum ki, Robineti təkbətək
döyüşə çağırmaq üçün qışqırıram, intəhası, niyə onu döyüşə çağırmalı olduğumu
özüm də düz-əməlli bilmirdim.
XIII
İki il əvvəl mayın üçündə anamız öldü, Davisito. Çoxdan sozalsa da, demək
olar, qəfildən quş kimi uçub getdi. Onu sadə, təmtəraqsız dəfn elədim, çünki elə də
imkanım yox idi, həm də təmtəraqdan anamın özünün belə xoşu gəlməzdi.
Bu iki ildə anam haqqında çox düşünmüşəm, Davisito. O, atamla xoşbəxt
deyildi, üstəlik, sənin gedişin onu çox üzdü. Son günlər işias1 (oturaq əsəbin iltihabı)
da onu təngə gətirmişdi, ölümünə az qalmış bir ara həkimi ona ayaqlarına ot vannası
eləməyi məsləhət görmüşdü; bu, kömək elədi, ancaq soyuqdəymədən canını qurtara
bilmədi, çünki zavallı anam ləyəndən ayağını çıxarmadan yatmaq istəyirdi. Yoxsa
ağrıdan yata bılmırdi. Davisito, anamla necəsə pis davrandığım yadıma gəlmir,
hərçənd ki, bəzən səbəbsiz yerə, axmaq xarakterimin ucbatından nəsə olurdu, bunun
da əzabını çəkirəm.
Son illər anam danışmağı çox sevirdi, başqa qocalar kimi xatirələrlə
yaşayırdı. İki gündən bir atamla necə tanış olduğunu danışırdı, özü də elə yerli-
yataqlı ki, guya əvvəllər eşitməmişdim. Xatırlayanda çox kövrəlirdi: “Gün
tutulmasına baxması üçün rəngli şüşəni təzədən ona qaytaranda, düz gözümün içinə
baxıb dedi: “Lazım deyil, mənim üçün gün daha tutulmayacaq”. Həmişə də bu
sözlərdən sonra bir xeyli susurdu. Ancaq əksinə, Po haqqında, Fransadakı
yaşayışımız barədə tələsik danışırdı, sanki söhbətini tezcə bitirmək istəyirdi. Anam
orda xoşbəxt olmamışdı, Davisito, çünki atamız həmin vaxt gün tutulmasını artıq
unutmuşdu, kazinoya, bir də öz şəkillərinə başı qarışmışdı. Mən soruşmuşdum: “Bəs
biz Poya niyə getmişdik?” O isə cavab vermişdi: “Atan bir dəfə mənə dedi:
“Rəssamın burda əl-qol açmasına imkan yoxdu. Mən Parisdə, Tuluzada sərgimi
nümayiş etdirməliyəm”. Davisito, mən şübhələnirəm ki, o, Parisdə, Tuluzada təkcə