Page 193 - "Xəzər"
P. 193
İndi Aurita mənimlə sərt davrananda da onu bağışlayıram, çünki bu şəhərdə
tək-tənha və köməksiz olanda, mənə əlini uzatmışdı, mehribançılıq eləmişdi. Həmin
axşam donquldananda ki, gec gəlmişəm, çaxır iyi verirəm, mən bununla barışdım və
ancaq Robinet haqqında düşünərək yeməyə oturdum. Axır başa düşdüm ki, Robinet
xəstəliyinə tutulmuşam, Aurita da qəribəlik hiss elədi, hətta qiymətli kağızlar
şöbəsində bir yerdə işlədiyim Sançes dedi:
–Lenuar, son iki həftədi key kimisən. Nəsə olub?
Sançesin sözündən sonra, Davisito, ilk dəfə fikir verdim ki, Robinetin soyadı
kimi mənimki də fransız soyadıdı və öz-özümə dedim: “Bu da daha bir təmas
nöqtəsi”. Ancaq kontordan çıxanda fikirləşdim: “Fransız soyadında axı nə ola bilər
ki?” Çünki, Davisito, babam Lenuarın tarixçəsini yaxşı bilirdim: Reynosa-Santander
dəmir yolunu çəkməyə necə gəlib, tunel qazdıqları bir kənddə nənəmlə necə tanış
olub, gəlmələri heç xoşlamayan ulu babam isə deyib: “Mənim fransıza verməyə
qızım yoxdu”. Ancaq daşları deşmyə vərdiş eləmiş babam, nənəmin könlünə asanca
yol tapıb. Gizlincə görüşəndə nənəmə deyirmiş: “Ma cherie, mon” amour est aussi
grand, aussi ferme, et definitif que une de ces hautes montagnes. Sonra ulu babam
güzəştə getməli olub, çünki babam Lenuar qorxudub ki, əgər üçüncü fıştırıqdan
sonra nənəm eyvana çıxmasa, onların pəncərəsinin qarşısında özünü güllələyəcək.
Davisito, sən, əlbəttə, soruşa bilərsən: “Müsyö Robinetin buna nə dəxli?” Mən də
özümdən soruşmuşam, yüz dəfə o tərəf-bu tərəfə çevirmişəm, hətta babam Lenuarın
sifətinin yerində Robineti təsəvvür eləmişəm, ya təsəvvr eləmişəm Robinet birdən
necə yumşalıb deyir: “Əzizim, mənim sevgim bu dağlar kimi böyük, möhkəm və
sarsılmazdı”.
Ancaq, Davisito, düzünü desəm, Robinet get-gedə məndən uzaqlaşırdı,
mənsə aramızdakı bağın qırılmamasına çalışırdım, iştahamı, yuxumu, rahatlığımı
itirmişdim, Aurita isə məni danlayırdı, aspirin içməyimi tövsiyyə eləyirdi,
dəqiqədəbir təkrarlayırdı ki, onun qarnındakı ikimizə də aiddi və biz gərək bərabər
məsuliyyət daşıyaq.
IX