Page 192 - "Xəzər"
P. 192
Təsəvvür elə, kinoya növbəyə durmuşam, bir qız yaxınlaşıb deyir:
“Bağışlayın, mənə bilet götürə bilərsiniz, ancaq balkona olmasın?” Mən qızarıb
bərkdən cavab verdim: “Əlbəttə, nə söz ola bilər!” Bu yerdə ağlıma bəzi şeylər gəldi.
Fikirləşdim ki, bəlkə özümə də onunla yanaşı yer götürüm, ancaq ucuz olsun deyə
əvvəlcə balkona almağa hazırlaşmışdım. Bircə elə bu fikirdən həyəcanlandım,
işıqların keçməyini gözlədim ki, həyəcanımı hiss eləməsin və yarıqaranlıqda onun
yanında oturdum; o, altdan-altdan mənə baxdı, mənimsə ürəyimdən sanki daş
asılmışdı.

Təsadüfə bax: film milyoner qadına vurulan kiçik bank xidmətçisindən bəhs
edir, milyoner qadınsa onun pulunu yox, özünü sevdiklərinə əmin olmaq üçün
yalandan kiçik bir işçi olduğunu deyir. Özümü saxlaya bilmədim, Davisito, ona tərəf
əyilib titrək səslə pıçıldadım: “Mən də bankda işləyirəm”. O gülümsəyib astadan
cavab verdi: “Ancaq mən milyoner deyiləm”. Cəsarətlənib dedim: “Belə daha
yaxşıdı”. Kinodan çıxanda onu evə ötürdüm, sonra hara getdiyini öyrənmək üçün
bir neçə gün güddüm. Bir dəfə başqa kinoteatrda növbəyə durmuşdu, guya təsadüfən
ordan keçirdim, yaxınlaşıb soruşdum: “Senyorita, mənə bilet ala bilərsinizmi?”
Təəccüblü olsa da bu, onu güldürdü və həmin gündən dostlaşıb tez-tez görüşməyə
başladıq. O vaxtlar tələbəylə yaşayan və ondan kirayə haqqı almayan qadın sahibim,
qarnını pivəylə doldurub hər gecə vannaya siyən yaramaz belçikalı artıq məni təngə
gətirmişdi.

Bir axşam bir-iki qədəh içib Auritaya dedim ki, onunla evlənib vannası olan
üçotaqlı evdə yaşasam xoşbəxt olardım. Aurita gülüb cavab verdi: “Nə deyim, gəl
xoşbəxt olaq”. Başladıq haqq-hesab aparmağa, mən bunu tezcə eləməyi bacarıram,
onda Aurita dedi: “Əzizim, bircə unutma ki, mən kinonu sevirəm”. O, gözlərini
yumub, guya ağlamsındı və Davisito, həmin an onu öpməyi çox istədim.

VIII
   187   188   189   190   191   192   193   194   195   196   197