Page 191 - "Xəzər"
P. 191
VI

Aurita yaxşı qızdı. Əgər rastına belə qız çıxsa, Davisito, heç nə düşünmədən
evlən. Kişi yalnız onda var gücüylə işləyə bilər ki, qarşısına yaxşı qız çıxsın. Aurita
yaxşı qızdı, ya mənə elə gəlir ki, yaxşıdı. Ancaq bunun fərqi yoxdu. Mən ondan
razıyam. Robineti ilk dəfə gördüyüm axşam onun hirslənməsinin isə elə bir
əhəmiyyəti yoxdu, birinci, ona görə ki, gec gəlmişdim, ikinci, onun dediyinə görə,
məndən dəhşətli çaxır iyi gəlirdi. Onu başa salmağa çalışdım ki, bir stəkan çaxır
içmək cinayət deyil, o isə təkcə elə bu boşboğazlığın kefli olduğumu sübut elədiyini
dedi. Ona dedim, səfeh olmasın və səs-küy salmasın, o isə yataq otağına girib
çarpayıya yıxılaraq hönkürdü.

Bir özün düşün, Davisito, onun yerində biz özümüzü necə aparardıq, axı
əvvəllər Aurita belə deyildi, tamam başqa cür idi, bankdan ayaqlarım donmuş halda
qayıdanda, çəkələklərim kürənin yanında, isti qəhvə stolun üstündə olurdu, yatmaq
üçün yerimə uzananda isə çiyinləri sallanmasın deyə, bundan zəhləm gedir,
pencəyimi hardan asacağımı bilirdim. Elə çıxmasın ki, indiki hərəkətinə görə
hirslənirəm, əksinə, Auritaya yazığım gəlir, çünki bütün günü gah ürəyi bulanır, gah
halı xarab olur. Soruşuram: “Ağrıyırsan, əzizim?”, onu istədiyimdən deyirəm, bu isə
onu əsəbiləşdirir: “Niyə həmişə belə danışırsan, məni ələ salırsan?”

Bilirəm, Davisito, o vur-tut adi bir qızdı, demirəm, gözəldi, küçədə dönüb
arxasınca boylandığımız qızlardan biri deyil, ancaq səni əmin eləyirəm ki, zorla
duyulan nəsə bir lətafəti var, – onunla tanış olan kimi dərhal bunu hiss elədim. Bu
mənim həyatımda ən başlıca təsadüflərdən biri olub.

VII
   186   187   188   189   190   191   192   193   194   195   196