Page 189 - "Xəzər"
P. 189
aqdansa, sənə əzab verirlər, guya sənin xeyrin üçün çalışıblar, istəyiblər yaxşı
qalasan, tez çürüməyəsən. Bilirsən, cox kədərlidi.

V

İndi alnında tər damcıları parıldayırdı. Onun nəfəsi təntidi. Danışdıqlarını
ürəyindən keçirdiyi uzaqdan hiss olunurdu. Barmen daha gülümsəmirdi. Əlini ağ
pencəyinə silib dedi:

–Lənət şeytana, adam elə fikirləşər ki, bunlar sizin başınıza gəlib.
Bu yerdə özümü saxlaya bilməyib qışqırdım:
–Yenə ağ çaxır!
Pəzəvəng içməyinə ara vermədən çevrildi. Bu dəqiqəyə kimi mənim burda
olduğumu sezməmişdi. Şüşənin arxasından bərəlmiş göz mənə zillənmişdi.
Hədəqəsindən çıxmış bu əcaib göz, stəkanın dibində çoxalaraq böyüyürdü. O bir
müddət beləcə oturdu, sanki mənə zərrəbinlə baxırdı. Adi gözüylə şüşənin
böyütdüyü göz arasındakı fərq ağır təəssürat yaradırdı. Davisito, elə bil onu görəndə
keçirdiyim hissləri, indi o məni görəndə keçirirdi. Yağlıbaş barmen mənə çaxır
süzəndən sonra, piştaxtanın arxasına qayıdıb təkrar elədi:
– Elə təsvir elədiniz, sanki öz başınıza gəlib. Adam mat qalır!
O, gözünü məndən çəkib, yavaş-yavaş barmenə sarı döndü.
– Mən bunu hər gecə yuxuda görürəm, – dedi. – Başıma gəlsə bundan
yaxşıdı.
Bir az susub, sonra əlavə etdi:
– Bir kəndli haqqında əhvalatı bilirsən: istəyiblər müqəddəs hesab eləsinlər,
ancaq son məqamda dözümünü itirdiyinə görə fikirlərindən daşınıblar?
   184   185   186   187   188   189   190   191   192   193   194