Page 196 - "Xəzər"
P. 196
–Kontordan, – dedim. – Bizdə debet kreditlə düz gəlmir.
–Yalandı! – o qışqırdı.
Robinet peyda olandan biz bir-birimizi başa düşmürdük. Aurita mənim
sədaqətimə şübhə eləyirdi.
–Dükandan zəng eləmişdim, – o əlavə etdi. – Dedilər, saat yarımdı çıxmısan.
Mən qızardım, Davisito, yalanımı tutanda həmişə qızarıram.
–Yaxşı, – zorla dilləndim. – Mən Robineti axtarıram.
–O yenə peyda olub? – Aurita hirslə soruşdu.
– Özümlə heç cür bacarmıram, – paltomu çıxara-çıxara dedim.
Həmin an, Davisito, mən öz arvadımı istədim, onun çiyinlərini, boynunu
istədim, əyləşdiyi kreslonun qoltuğunda oturub belini qucaqladım və əlimin altında
bədəninin boşaldığını hiss elədim. O heç nə eləmirdi və bu da məni daha da
qızışdırırdı. O mənim gözümün içinə baxdı.
–Söz ver ki, daha Robineti düşünməyəcəksən! – dedi. – Yoxsa özündən küs.
Mən and içdim, çünki o an quyuya tullanmaq üçün də and içərdim. İndi
səndən soruşuram, Davisito: səncə, belə vəziyyətdə içdiyin and nəyəsə dəyərmi?

XI

Hər səhər praktikant mənə yod vurmağa gəlirdi, çox ağrılı iynədi. Sanki iynə
məni dəlib keçirdi, ona eləcə də dedim. Öz iynəsi kimi balaca, nazik və həmişə də
qaşqabaqlı idi. O cavab verdi: “Tərpənməyin, yoxsa oturaq sinirinizə düşərəm”.
Ondan sonra tərpənmədim.

Boynumdakı şiş balacalaşmadı; bərkimişdi və ağrısı kəsmirdi. Kistaya
oxşayırdı, ancaq yayğın idi. Praktikant qorxulu bir şey olmadığını deyirdi, ancaq onu
inandırmağa çalışırdım ki, xüsusən də gecələr şişdən süst oluram, ruh düşkünlüyü
   191   192   193   194   195   196   197   198   199   200   201