Page 195 - "Xəzər"
P. 195
X

Davisito, xahiş eləyirəm özünü mənim yerimə qoy. Gümanlar,
ürəyədammalar... Doğrusu, bundan artıq heç nə. Arvadım mənim əleyhimə, öz
sağlamlığım mənim əleyhimə, hamı mənim əleyhimə, mənsə öz bildiyimdən əl
çəkmirəm. Mənimlə bir şöbədə işləyən Sançes də həyəcanımı hiss eləyib bir dəfə
dedi: “Ehtiyatlı ol, Lenuar. İdefiksə1(başdan çıxmayan fikir) uyma, boş qarına
idefiksin axırı yaxşı olmur”. Mən qorxdum, Davisito, axı doğrudan da çox
həyəcanlanırdım, amma get-gedə müəmmalar qorxunu üstələdi və qərara aldım ki,
Robineti tapana qədər axtarım.

Auritaya heç nə demədən, hər axşam işdən sonra yağlıbaşın çaxır
zirzəmisinin ətrafındakı küçələri dolaşmağa başladım. Auritaya dedim ki, bizdə
debet kreditlə düz gəlmir, doğrudan da, belə şeylər tez-tez olur və bizi çox ləngidir.
Belə axşamların birində boş yerə gəzməkdən bezib, zirzəminin qapısını itələyərək
içəri girdim.

–Axşamınız xeyir, – yağlıbaş barmenə dedim.

–Xoş gəlmisiniz, – dilucu cavab verdi.

–Bəs Robinet hanı?

–Robinet nəyinizə lazımdı?

Davisito, onun xidmətinə görə pul verməyə hazırıydım və duronu ovcuna
qoydum. O, bərkdən qəhqəhə çəkib duronu başımın üstündə yelləməyə başladı. Və
birdən qışqırdı:

–Robineti minib çapmaq istəyirsinizsə özünüz axtarın, onun mənə pisliyi
dəyməyib.

Fikirləşdim, bəlkə yola gələr, ancaq islanmış, yapışqanlı kağız pulu üzümə
çırpdı. Özümü saxlayıb ordan getdim. Evə qayıdanda isə Aurita amansızcasına məni
gerçəkliyə qaytardı.

–Hardan gəlirsən belə? – o soruşdu.
   190   191   192   193   194   195   196   197   198   199   200