Page 190 - "Xəzər"
P. 190
Barmen başını silkələdi. Araya üzücü sükut çökdü. Mən dözməyib
qışqırdım:
– Bir stəkan da ağ çaxır!
Pəzəvəng yenə mənə sarı döndü. Sözünü kəsməyim xoşuna gəlməmişdi.
Yağlıbaş həvəssiz-həvəssiz mənə çaxır süzüb, piştaxta arxasına qayıtdı. Pəzəvəng
sözünə davam elədi:
– Bir çox yaxşılıqlarına görə onu övliyalar cərgəsinə qatmaq istəyiblər,
ancaq cəsədini çıxaranda görüblər ki, üzü, əlləri qıc olub, dırnaqları tabutun
taxtalarına batıb. Demə, onu diri-diri basdırıblar, heç nəyə gücü çatmadığından o da
ümidsızləşib. Vəssalam. Adamın əti ürpəşir, doğrudu?
Barmen gülümsəməyə çalışdı, ancaq təbəssümü üz-gözündə dondu. Paltolu
adam birdən dolaşıq şeylər danışmağa başladı:
– İstəyırəm məni basdırmamışdan əvvəl başıma iki güllə vursunlar.
Vursunlar ki, öldüyümə şübhə yeri qalmasın, qoy aparsınlar Tibb İnstitutuna,
tələbələri əyləndirmək üçün tikə-tikə doğrasınlar.
Barmenin az qaldı ürəyi qalxsın. Cavab verməyə macal tapmamış, pəzəvəng
əlini jiletinin cibinə soxdu:
– Neçə verəsiyəm?
O gedən kimi qalxıb barmendən soruşdum:
– Bu kimdi?
– Yaxşı tanıyıram! Robinetdi, – o dedi.
– Fransızdı?
– Nəyə görə fransız? Bəlkə avstryalıdı, ya rusdu. Buralarda yaşayır.
Piştaxtaya bir duro1(ispaniyada qədim gümüş pul) atıb, küçəyə qaçdım. Heç
kim yox idi, Robinetin isə heç izi-tozu da qalmamışdı.