Page 197 - "Xəzər"
P. 197
s eləyirəm. Onda praktikant bunun hərarətdən olduğunu dedi və tapşırdı ki,
hərarətimi tez-tez ölçüm.

Heç vaxt hərarətini tez-tez ölçmə, Davisito. Ölçürsən ki, 37,2-di,
fikirləşirsən: “Sabah düşər”. O biri gün 37,1 olur, fikirləşirsən: “Sabah, doğrudan,
hərarətim olmayacaq, artıq düşür”. O biri gün 37,3 olduğunu görüb fikirləşirsən:
“Yox, deyəsən, işlər fırıqdı”. Əlində termometr ətrafındakıların üstünə cumursan,
bircə sənin hərarətin var və hiss eləyirsən ki, bu hərarət səni də, sənin evini, ailəni
də məhv eləyəcək.

Hərarətimi tez-tez ölçməyim Auritanı əsəbiləşdirirdi; deyirdi, əslinə qalsa,
özümü necə hiss eləməyim vacibdi. Dedim, özümü pis hiss elədiyimə görə
termometr qoyuram, o isə cavabında dedi ki, özümü pis hiss eləməyim hərarətdən
qorxduğuma görədi. Bundan elə də baş çıxara bilmirəm, Davisito, qısası, halım
xarabdı, bilmirəm, qorxudandı, hərarətə görədi, ya sadəcə, halım xarabdı, vəssalam;
ancaq onu bilirəm ki, fərq burda o qədər kiçikdi, nədən – qorxudan, hərarətdən, ya
ürəkbulanmasından müalicə olunmağının dəxli yoxdu.

Necə olsa da, qanqli əvvəl-əvvəl mənim işə getməimə mane olmurdu. Sançes
dedi ki, qayınatasının da boynundan qəfil şiş çıxmışdı, elə qəfil də çəkilib getdi,
səndə də sağalar, özü sağalmasa, həkim sağaldar. Mən soruşdum: “Bəs qayınatanın
hərarəti varıydı?” Cavab verdi ki: “Olub-olmadığını bilmirəm, ancaq onun da
peysərində səninki kimi şiş varıydı”. Mən Sançesə qulaq asmadım, hesab eləyirdim
ki, yod həm yaxşı yeməkdi, həm yaxşı yuxu – bu, Allahın hökmü kimi bir şeydi,
Allahın hökmü ilə də hər şey vaxtı çatanda sağalır.

XII

Əgər gözlənilmədən rastlaşmasaydım, yəqin, bunlara başım qarışdığından
Robineti unudub, Auritaya verdiyim anda sadiq qalacaqdım. Həmin axşam kredit
şöbəsində işləyən Fando toyqabağı qonaqlıq verirdi. Fando sısqa, çopur, qarayanız
bir adamdı. Həmişə qəhvəyi rəngdə paltar geyinir, özü də çox səliqəlidi, işləyəndə
   192   193   194   195   196   197   198   199   200   201   202