Page 188 - "Xəzər"
P. 188
–Bundan betəri ola bilməz. Qapağın sürgüsünü axı çöldən qoyurlar, ayılıb
ayağını qatlamaq istəyəndə, qapağa dəyib əzilir, əvvəl-əvvəl bu zərbədən yaranan
küt səsin nə olduğunu özün də başa düşmürsən. Onda fikirləşirsən: “Yaxşı, durub
oturum”, oturanda – bum! – alnın taxtaya dəyib şişir, görəndə ki, bir şey alınmır,
deyirsən, yəqin, tamam ayılmamısan və nə baş verdiyini bilmək üçün gözünü geniş
açırsan, ancaq gözlərin ağrıyır, başlayırsan şübhələnməyə ki, bəlkə gözlərim
qapalıdı, axı hər tərəf qaranlıqdı, öz əlini, sinəni, heç nəyi görmürsən...
O susub bir stəkan da içdi. Hərəkətləri ağır olsa da, içindəki güc hiss
olunurdu, səsi isə ləngərliydi. Burnunda danışdığını sonra hiss elədim. Barmenin
istehzalı təbəssümü sanki pəzəvəngi qızışdırırdı:
– Başa düşürsən, dünyada bundan pis şey yoxdu. Məsələ təkcə qaranlıqda
deyil. Məsələ... hər şeydədi! Əgər qalxmaq alınmırsa, ayağını uzatmağa çalışırsan,
bundan da bir şey çıxmır, çünki atan, ya qardaşın, ya necə deyərlər, doğmalarından,
yaxınlarından kimsə ölçünü lap dəqiq götürüb, bir az ona görə ki, hər şeyi düppədüz
elədiklərini göstərməyi xoşlayırlar, həm də taxta bahadı, niyə axı bədxərclik
eləsinlər, pulu sağa-sola xərcləsinlər. Bir sözlə, hətta ayağını uzatmaq belə mümkün
deyil, onda başa düşürsən ki, ağzıbağlı yerdəsən, qəm-qüssə basır səni, yenə
qımıldanırsan, ancaq hər yan taxtadı, üstəlik də, arvadının, ya qardaşının əyninə
geyindirdiyi paltar sənə mane olur, əl-qol açmağa qoymur. Qəfil tənhalıq hiss
eləyirsən. Bax hər şeydən pisi – tənhalıqdı. Səssizlik adamın üstünə gəlir. Taxtaların
arasından sükut süzülür, qışqırırsan ki, bu sükutu batırasan, heç olmasa, özündən
uzaqlaşdırasan, ancaq qışqırığın taxtaların arasında itib-batır, artıq üç metr o yanda
da eşidilmir; xırıltılı bağırtın səni ümidsizləşdirənə qədər qışqırırsan, çünki bu
qışqırıqlardan ətrafdakı səssizlik daha da qatılaşır. Qəfil fikirləşirsən: “İlahi, məni
diri-diri basdırıblar!” Öz qolunu dişləyirsən, səni qalxmağa qoymayan taxtaları
dırnaqlarınla cırmaqlayırsan, yorulana qədər dünyada hər şeyi yamanlayırsan. Sonra
ulayırsan və başa düşürsən ki, havan çatmır və yenə acığını tabutun qapağından
çıxırsan, ancaq sənin arvadın, ya bacın, ya necə deyərlər, doğmaların, yaxınların
möhkəm materialdan – şabalıd, ya qoz ağacından tabut düzəltdiriblər ki, dostlar
desin: “Əhsən, demə zavallıya hörmət eləyirlərmiş, özlərini gör necə xərcə salıblar”.
Bu yaramazları öldürərdim. Bir az yumşağını, məsələn, şam ağacından düzəldiləni