Page 187 - "Xəzər"
P. 187
Elə karıxdım ki, hətta bir qurtum da almadan stəkanı təzədən stola qoydum.
Davisito, həmin dəqiqə mənimlə nəsə anlaşılmaz bir şey baş verdi. Sanki indiki
həyatım əvvəlki həyatımla birləşdi. Qəribədi, hə?
Həmin dəqiqə nələr keçirdiyimi sənə necə çatdıracağımı düşünəndə yenə
ətim ürpəşdi; çox çətin və ağırdı. Bir sözlə, uzağa niyə gedək, yəqin, sənin də başına
belə şeylər gəlib. Davisito, bax, sanki hansısa sözü ilk dəfə eşidirsən, ya hansısa şəkli
ilk dəfə görürsən, ancaq hiss eləyirsən ki, sözlə, ya şəkillə bağlı duyğunu əvvəllər
artıq yaşamısan, di gəl başını divara çırpsan da bunun nə zaman olduğunu xatırlaya
bilməzsən, lap yuxuda görmüş olsan da yenə xatırlaya bilməzsən. Bircə onun
“təkrar” olduğunu bilirsən və bu yerdə başlayırsan tərəddüd eləməyə: belə şeyin
sənin başına ilk dəfə gəldiyinə qətiyyən şübhə eləmədən həmin sözü indiki kimi
eşitdiyin, ya həmin şəkli gördüyün keçmiş həyatın olmayıb ki? İndi öz-özünə
deyirsən: “Bu mənim üçün heç də təzə şey deyil”.
Boynuna al, Davisito, olub axı? Nə qədər baş işlətsən də xeyri yoxdu,
şübhələr içində qalacaqsan. Sonra unudursan, qurtarıb gedir. Sirrin açılmaması
qüssə yaradır və sən təslim olursan. Bax belə, Davisito, həmin adamı görəndə buna
oxşar, ancaq daha ağrılı, daha həyəcanlı hisslər keçirdim, bu adama baxmaq ürək
bulandırsa da, baxışlarımı ondan ayıra bilmirdim, elə bil onun gözləri məni çəkirdi,
ya iradəmi əlimdən alıb necəsə hipnoz eləyirdi.
IV
Barmen həmin adama altdan-altdan baxaraq, zorla gülümsəyirdi. Barmenin
əynində qoluna çaxır ləkələri düşmüş əzik-üzük ağ pencək varıydı, qara hamar
saçları isə brilyantindən işıldayırdı.
Pəzəvəng sanki yarımçıq kəsilmiş söhbətinə davam eləyirdi: