Page 157 - "Xəzər"
P. 157
Nəhayət, bu məktublardan xəbər tutan gələcək qayınanam günlərin bir günü
dözə bilməyib qızını bir tərəfə çəkərək ona belə deyibmiş: “Yaguçi, qərar ver görək,
sən hansına daha çox inanırsan: ən yaxın dostunun arxasından gizli ifşa məktubları
yazan adama, yoxsa ona xəyanət etməsinə baxmayaraq hələ də həmin dostuna etibar
edənə?!”

Nəticədə biz evləndik. Ailə qurduqdan sonra isə həmin adam heç bir
peşmanlıq hissi keçirmədən evimizə gəlirdi. Bununla belə, qayınanam onu hər dəfə
evin kandarından geri qaytarırdı.

İndinin özündə də dost hesab etdiyim adamın niyə belə davrandığının
səbəbini özüm üçün aydınlaşdıra bilməmişəm. Mənə qarşı bu dəhşətli nifrətin səbəbi
hələ də sirr olaraq qalır. O illərdə kifayət qədər dələduzla, pul üçün ölən və ya
öldürən insanlarla, antik əşya oğruları ilə qarşılaşmışdım. İlk baxışdan onların
normal insanlardan heç bir fərqləri yoxdur, gözəl sözlər söyləyə, adamlara sevgi
bəsləyə bilirlər. Məni həmişə heyrətləndirən də budur: bəs necə olur ki, belələri pis
əməllərə əl atırlar, onları buna vadar edən nədir? Hər dəfə bu sual haqqında baş
sındıranda bütün fikirlərim alt-üst olur.

Beləliklə, evlilik həyatımız başladı. Amma bu, heç də yaxşı başlanğıc
deyildi. O, nikahdan əvvəl aktrisa olaraq başladığı sənət karyerasından ayrılmışdı,
amma bilmədiyi bir şey vardı: mənim maaşım o işləyərkən aldığı maaşın heç üçdə
biri qədər də deyildi. Yağuçi bir rejissorun bu qədər az maaş aldığını ağlından belə
keçirmədiyi üçün həyatımız “yanmaqda olan at arabasının üstündə səyahət”ə
bənzəməyə başlamışdı.

“Sugata Sanşiro”nun ssenarisi üçün 100 ien (təxminən 2 min dollar)
almışdım, rejissor kimi isə daha 100 ien vermişdilər. “Ən gözəl” və “Sugata Sanşiro
II” üçün aldığım qonorar isə bundan çox olmuşdu: hərəsinə 250 ien! Di gəl, aldığım
qonorarın çox hissəsini elə çəkiliş meydançasında içkiyə xərcləyirdim. Elə ona görə
də maddi durumumuz ürəkaçan deyildi.

“Sugata Sanşiro II”-ni çəkdiyim vaxt rejissor kimi, sifarişçi firma ilə rəsmi
müqavilə imzalamışdım. Müqaviləyə görə, şirkət işçisi olaraq çəkdiyim hər film
üçün əlavə təzminat almalı idim. Amma təzminatı istəyəndə cavab bu oldu ki, həmin
   152   153   154   155   156   157   158   159   160   161   162