Page 160 - "Xəzər"
P. 160
Aktrisalar fabrikin qızlar yataqxanasında qalmağa başladıqdan sonra, mən
və çəkiliş qrupum da kişilər üçün nəzərdə tutulmuş yataqxanaya yerləşdik. Hər yeni
günə uzaqdan eşidilən orkestr sədaları altında başlayırdıq. Orkestrin səsini eşidər-
eşitməz yatağımızdan güllə kimi atılar, bir göz qırpımında geyinər və Hirtatsuka
dəmir yolu qovşağına götürülərdik. Kənarı qapalı ağ yolda uniformalı orkestr
üzvləri görünür, sadə, qulağayatımlı marş çalaraq yaxınlaşırdılar. Orkestr üzvləri
yanımızdan keçəndə gözlərinin ucu ilə bizi salamlayır, sonra dəmiryolunu keçib
“Nippon Kogaku” fabrikinin giriş qapısına doğru irəliləyirdilər. Gözdən itənədək
onları izləyir, sonra yataqxanalarımıza qayıdır və səhər yeməyi yeyirdik. Səhər
yeməyindən sonra şey-şüylərimizi toplayıb çəkilişə başlamaq üçün fabrikə
yollanırdıq.
Prosesin özü sənədli film çəkilişlərini xatırladırdı. Aktrisalar yalnız onlara
həvalə edilən replikaları deməklə kifayətlənər, kameralarla əsla maraqlanmazdılar.
Başlarını aşağı salıb əsl fabrik işçiləri kimi istehsal prosesi ilə məşğul olardılar.
Özlərini işə elə verirdilər ki, kənardan baxan onların hərəkətlərində, mimikalarında
rola girdiklərini göstərən hər hansı sünilik müşahidə edə bilməzdi.
Fabrikdə bişirilən xörəkləri yemək cəhənnəm əzabı idi. Burada işçilərə,
adətən, qarğıdalı və ya hər hansı başqa dənli bitki ilə qarışdırılmış yarım qab düyü
verirdilər. Onun yanında isə ətrafdakı sahillərdən toplanan dəniz yosunları olardı.
Çəkiliş qrupumuzun üzvləri aktrisalarımızın hər gün bunları yemək
məcburiyyətində qaldığına görə məyus olurdılar, ona görə də yeralması alar, onu
yataqxananın odunla qızdırılan hamamında yaxşıca pörtlədib qızlara verərdik.
Qızların başçısı rolunu oynayan, sonradan həyat yoldaşım olacaq aktrisa
Yaguçi Yoko, aktrisalar adından müxtəlif şikayətlərlə tez-tez yanıma gəlir və biz
uzun-uzadı dilləşməli olurduq. Həddən artıq dikbaş olan Yaguçi bu xarakteri ilə
mənə çox bənzəyirdi və elə bu səbəbdən bəzən mübahisələrimiz xeyli böyüyür,
dava-dalaşa çevrilirdi. Onunla aramızdakı “müharibə”ni sülhlə bitirə biləcək bircə
nəfər vardı, bu da İrie Takako idi. İrie bu çətin missiyanın öhdəsindən hər dəfə uğurla
gəlməyi bacarırdı.