Page 162 - "Xəzər"
P. 162
tların ən yaxşı mətni adlandırmışdı. Sonra isə həmin məqaləni ədəbi dərgilərin
birində dərc etdirdi. Məqalə “Köpəyim” adanır və belə başlayırdı: “Mənim köpəyim
ayıya bənzəyir; amma porsuğu da xatırladır, siz isə onu gördükdə hətta tülküyə də
oxşada bilərsiniz”. Bundan sonra köpəyin bəzi xüsusiyyətlərindən danışılır, digər
heyvanlarla müqayisə aparılırdı. Məqalə aşağıdakı sözlərlə bitirdi: “Bir halda ki, o
köpəkdir, deməli, ən çox elə köpəyə bənzəyir”.

Mən bu məqaləni oxuyanda qəhqəhə ilə gülmüşdüm, amma orada həqiqət
payı da az deyildi. Kino da bir çox başqa sənətlərə – bir az ədəbiyyata, bir az teatra
bənzəyir. Onda fəlsəfədən də nəsə var, rəssamlıqdan və heykəltəraşlıqdan da.
Kinonu musiqisiz təsəvvür etmək də mümkün deyil. Amma bütün bunlara
baxmayaraq, kino ən çox elə kinoya bənzəyir.

***

Reissorun vəzifələrinə aktyorların seçilməsi və rola hazırlanması, kamera,
səsləndirmə, dekor, musiqi, montaj və dublyaj mərhələlərinin hamısı daxildir.
Bunlar kənardan öz peşəkarları olan fərqli sahələr kimi görünür, amma bu yalnız ilk
baxışda belədir, onlar heç də müstəqil deyil. Sadaladığım mərhələlərin hər biri ilə
bağlı son sözün sahibi rejissor özüdür.

***

Hər hansı səhnəni çəkərkən rejissor ən xırda detalları belə görməyə
məcburdur. Bu o demək deyil ki, gözünüzü dörd açmalı və baxışlarınızı çəkiliş
meydançasının hər tərəfində dayanmadan gəzdirməlisiniz. Məsələ burasındadır ki,
mən çəkiliş zamanı aktyorlardan daha çox, çəkiliş meydançasının digər yerlərinə
baxıram. Bir yerə baxmaq diqqətinizi eyni nöqtəyə cəmləşdirib, başqa heç nəyi
görməmək mənasına gəlmir. Sadəcə, ətrafda nə baş verdiyinin fərqində olmağınız
kifayətdir. Fikrimcə, orta əsr dramaturqu və teatr nəzəriyyəçisi Zeami Motokio
“müstəqil baxış” deyərkən elə bunu nəzərdə tuturdu.
   157   158   159   160   161   162   163   164   165   166   167