Page 153 - "Xəzər"
P. 153
ərkən tramvaydan sallanmışdım, birdən həyatda hər şeyin yorucu və mənasız
olduğunu düşünüb əllərimi buraxdım, o andaca sallanmaqda olan iki universitet
tələbəsinin arasında qaldım. Əgər onlara ilişməsəydim, şübhəsiz, yerə
çırpılacaqdım. Bununla belə, yalnız bir ayağım tramvayda olduğu üçün arxaya
sürüşməyə başladım, həmin an tələbələrdən biri fəryad qopararaq bir əlini tramvayı
tutduğu yerdən çəkdi və belimdən asılmış çantamın kəmərindən yapışaraq məni
tutub saxlamağı bacardı. İdebaşiyə qədər mən bu tələbə oğlanın əlində qarmaqdan
sallanmış balıq kimi getməli oldum; qorxudan rəngi ağappaq olmuş oğlana
yolboyunca maraqla baxırdım.
İdebaşiyə çatıb tramvaydan düşəndə bu iki tələbə oğlan bir ağızdan: “Axı
birdən-birə sənə nə oldu?” – deyə soruşdular; mənsə həmin an həqiqətən nə baş
verdiyini bilmədiyim üçün heç nə deməyib iti addımlarla digər tramvaya
minməkdən ötrü irəlidəki dayanacağa tələsdim. Onlar arxamca gəlir və inadla eyni
şeyi soruşurdular: “Sən yaxşısan? Sən yaxşısan?”
Oçanomuziyə gedən tramvay dayanacaqdan qalxmaq üzrə idi, mən son anda
özümü tramvayın içinə ata bildim. Yerimi rahlayıb tramvaydan aşağı baxanda həmin
iki tələbənin çaşqın nəzərlərlə hələ də mənə baxdıqlarını gördüm.
Bu hadisədən sonra bir də heç vaxt tramvaya minmədim, məktəbə piyada
getməli oldum. Onsuz da yeriməyə adət eləmişdim. İbtidai məktəbə azmı piyada
getmişdim?! Üstəlik, piyada gedəndə yeni marağımı təmin eləyirdim – kitab alırdım.
Hər səhər evdən çıxır, Edoqava çayının sahilindən İdabaşi körpüsünədək
piyada irəliləyər, oradan sağa dönüb tramvay yoluna adlayardım. Bir az irəlidə, sol
tərəfdə silah anbarının uzun və qırmızı kərpicli divarı görünərdi. Bu divar qarşımda
sanki sonsuzluğadək uzanırdı. Arabir Kont Mitonun Tokio imarətinin bağçası
Korakuenlə kəsişir, bir qədər irəlilədikdən sonra isə Suidobaşi yolayrıcı gəlirdi.
Qabaqdakı sol küncdə əsl-nəcabətli bir adamın malikanəsinə bənzəyən nəhəng bir
ağac qapı görünürdü. Oradan yuxarıya – Oçanomuziyə qalxan yol məni düz
məktəbədək aparırdı. Hər gün bu yolu yorulmadan gedib-gəlir, yolboyu bir qayda
olaraq kitab oxuyurdum.