Page 159 - "Xəzər"
P. 159
rkətinin hərbi lupalar istehsal edən fabrikində baş verirdi; qızlar burada şəffaf
lupaların istehsalı ilə məşğul olurdular.

Əvvəl filmin yarısənədli olması nəzərdə tutulurdu. İlk işim filmdəki qızları
aktrisalığın fiziki-mənəvi süniliklərindən xilas etmək oldu. Onların ətriyyat, makiyaj
və aktrisalara xas digər süniliklərdən qurtulması çox vacib idi. Onları əvvəlki
hallarına – qızlıq vaxtlarına qaytarmaq istəyirdim. Bu məqsədimə çatmaq üçün
onları qaçırdır, voleybol oynadır, orkestrin sədaları altında addımladır, hətta
küçələrdə rəsmi parad təşkil edirdim. Düzü, qızlar qaçışa və voleybol oynamağa
etiraz etmirdilər, di gəl, küçələrdə orkestrin müşayiətilə yeriyəndə başqalarının
diqqətini cəlb etdiklərinə görə bundan boyun qaçırırdılar. Onları razı salmaq üçün
uzun müddət dil tökməli olurdum.

Nəhayət, bütün bunlara alışdılar. Yüngül makiyajları öz süniliyini itrmişdi,
diqqətlə baxdıqda onların aktrisadan çox fəhlə qızlara bənzədiyini asanlıqla görə
bilərdiniz.

Daha sonra onları fabrikin yataqxanasına yerləşdirdim. Hər birini müxtəlif
sexlərə göndərdim ki, fəhlə qızların iş və həyat tərzlərini öyrənsinlər. Qızlar hamıyla
birgə işləyir, bir yerdə yatır və gündəlik proqramlarını onlara uyğun qururdular.

İndi həmin günləri xatırlayanda etiraf edirəm ki, mənimlə işləmək həddən
artıq çətin idi. Qızların hər göstərişimi qüsursuz şəkildə yerinə yetirmələri mənə
zövq verirdi! Onsuz da bütün bunlar elə bir dövrdə baş verirdi ki, müharibənin ağır
şərtləri hər kəsdə başqasının əmrlərini sözsüz və layiqincə yerinə yetirmək vərdişi
yaratmışdı. Mən şüurlu şəkildə aktrisaları fədakarlığa və vətənpərvərliyə məcbur
etmirdim. Halbuki filmin ana xəttini məhz vətənpərvərlik və fədakarlıq hissləri təşkil
edirdi. Əgər aktrisalarda bu hissləri zorən yaratmağa çalışsaydım, filmdəki
xarakterlərin kartondan kəsilib düzəldilmiş kuklalardan heç bir fərqi qalmazdı, onda
sadaladığım hisslər filmdə inandırıcı, təsirli əks oluna bilərdimi?! Fabrikin
yataqxana müdirini canlandıran aktrisa İrie Takako, fitri qabiliyyətlərindən
məharətlə istifadə edərək, digər qızlara şəfqətlə yanaşmış, onlara əsl ana sevgisi
bəsləmiş, beləcə, mənə hədsiz yardımçı olmuşdu.
   154   155   156   157   158   159   160   161   162   163   164