Page 158 - "Xəzər"
P. 158
lar hardasa bir yerə yığılır və mənə gələcəkdə ödəniləcəkdir. Təzminatı hələ də
ala bilməmişəm. Kim bilir, bəlkə də onu hələ də mənim gələcəyim üçün saxlayırlar,
ya da hazırda “Toho”ya olan külli miqdarda borcumu ödəmək məqsədi ilə
xərcləyirlər?!

Nə isə, təzminatı ala bilmədiyim üçün evləndikdən dərhal sonra öhdəsindən
gəlməyə çətinlik çəkdiyim maddi problemlərlə qarşılaşdım. Oturub yenidən ssenari
yazmaqdan başqa əlacım yox idi. Hətta eyni vaxtda üç ssenari yazmaq üçün özümü
necə məcbur etdiyimi indi də yaxşı xatırlayıram. Görünür, yalnız gənclik enerjisinin
hesabına bunu bacara bilirdim, amma getdikcə gücüm tükənirdi. Hər üç ssenarini
bitirdiyim gecə sake içərkən göz yaşlarımın necə selə döndüyü bu gün kimi
yadımdadır.

“Ən gözəl”

Məncə, rejissorluq fəaliyyətindən danışmağın ən asan yolu çəkdiyin hər film
haqqında ayrıca söz açmaqdır. “Sugato Sanşiro” filminin nümayişi başlayanda 33
yaşım vardı; 1943-cü ildə çəkdiyim “Ən gözəl” filmim isə 34 yaşımda, yəni 1944-
cü ildə ekranlara çıxdı. Bu filmin çəkilişlərinə start verməmişdən əvvəl Hərbi Dəniz
Qüvvələrinin Kəşfiyyat İdarəsi mənə “Zero” döyüş təyyarələrindən istifadə edib
böyük bir macəra filmi çəkməyi təklif etmişdi. Bunu başa düşmək çətin deyildi:
onlar istəyirdi ki, amerikalıların “qara canavar” adlandırdıqları və çox qorxduqları
“Zero”dan istifadə edib yaponların döyüş ruhunu qaldıracaq film çəkim. Fikirləşmək
üçün vaxt istədim. Bu həmin vaxtlar idi ki, Hərbi Dəıniz Qüvvələrinin gücü əməlli-
başlı tükənmişdi və müharibəni uduzacağımıza heç bir şəkk-şübhə qalmamışdı. O
da məlum deyildi ki, film çəkilişləri üçün lazım olan sayda “Zero” qalıb, ya yox.
Çox keçmədən isə bu təklif unuduldu və heç kim bir daha ondan bəhs etmədi.

“Ən gözəl” məhz həmin təklifin yerinə çəkilmiş filmdir. Qızlardan ibarət
könüllü qrupun macəralarından danışan filmdə hadisələr “Nippon Kogaku”
   153   154   155   156   157   158   159   160   161   162   163