Page 152 - "Xəzər"
P. 152
rünmürdü. Hətta belə məlum olurdu ki, o da elə mənim kimi bir daha məbədə
qayıtmaq fikrində deyil.
– Akira, gəl buradan uzaqlaşaq!
Bunu deyib iti addımlarla məbəddən uzaqlaşdı. Gedərkən onun ağzından
“axmaqlıqdır!” sözünü eşitmək məni sevindirdi, çünki məni qəhqəhələrə boğan
məhz qardaşım kimi fikirləşməym idi. Dəfn mərasimi mənə axmaq və gülünc bir iş
kimi görünürdü. İndi qardaşımın da belə qənaətdə olması məni rahatlaşdırdı.
Məbədin geniş zalındakı mərasimin kiçik bacıma nə isti-soyuğu vardı? Bu mərasim
on altı yaşında ölən bacımı necə ovundura bilərdi axı?!
Qəribədir, ona ölümündən sonrakı həyat üçün verilən Buddist adını hələ də
çox yaxşı xatırlayıram: To Rin To Ko Şin Nyo. Yəni: “Ürəkli Qadın Üçün Şaftalı
Meşəsində Həqiqətin Günəş İşığı”.
Qırmızı kərpicli uzun divar
Orta məktəb illəri ilə bağlı yaddaşımı qurdalayarkən, yaxınlıqdakı silah
anbarının ətrafına çəkilən kərpic divarı xatırlamaya bilmərəm. Hər gün məktəbə
gələndə və məktəbdən evə qayıdanda bu divarın yanından keçirdim. Əvvəllər
məktəbə qədər piyada getməz, Koişikava Gokençodakı evimizin yanında yerləşən
Omerag dayanacağından tramvaya minər, İdabaşi stansiyasında Hongo Motomaçiyə
gedən tramvaya keçər, sonra piyada getməyə başlayardım. Amma bunu yalnız bir
neçə dəfə bacara bildim, çünki bir dəfə tramvayda başıma əcaib bir hadisə gəldi və
həmin gündən sonra tramvayda getmək gözümdən düşdü.
Səhərlər tramvay ağzınacan dolu olardı. Biletçinin dayandığı giriş qapısının
ağzında bir basabas düşərdi ki, gəl görəsən! Nəticədə adamlar tramvaydan təhlükəli
şəkildə sallanmağa başlayardılar. Bir gün səhər mən də Omeragidən İdebaşiyə