Page 161 - "Xəzər"
P. 161
Ümumiyyətlə, “Ən gözəl” filminin çəkiliş prosesində kifayət qədər
çətinliklərlə üzləşməli olduq. Həmin məhrumiyyətlər məndən və çəkiliş qrupumdan
çox, gənc aktrisaları yormuş, əldən salmışdı. Bilmirəm, həmin çətinliklərdən,
məşəqqətlərdən idi, yoxsa başqa bir səbəbi vardı, hər halda, fakt budur ki, “Ən
gözəl”in çəkilişi başa çatdıqdan sonra filmdə rol alan qızların hamısı aktrisalığın
daşını atıb, ailə qurmağa üstünlük verdilər. Onların arasında həqiqətən də çox
istedadlı, gələcəyinə hədsiz dərəcədə inandığım, ümid bəslədiyim aktrisalar da
vardı. Odur ki, bilmirəm: “Ən gözəl”dən sonra onların sənətlə vidalaşmasına
kədərlənim, yoxsa sevinim. Hər halda, buna qəti əminəm ki, onların aktrisalıq
karyeralarına erkən son qoymasında sərt xarakterimin heç bir rolu olmayıb. Elə
sonradan ara-sıra qarşılaşarkən özləri də bunu deyirdilər. Əlavə edirdilər ki, “Ən
gözəl”in çəkiliş prosesi onlar xarakterlərində, davranışlarında əmələ gələn
süniliklərdən arındırıb, təmizləyib, öz həyatlarına normal qadınlar kimi davam
etməsinə imkan yaradıb. Bununla belə, qəlbim hələ də rahat deyil, fikirləşirəm ki,
hətta başqa səbəblər də olsa, qızların aktrisalıqla üzülüşməsində “Ən gözəl”in
çəkilişi zamanı üzləşdikləri çətinliklərin, məhrumiyyətlərin də rolu az olmayıb.
Onlar “Ən gözəl”in ağır, bəzən isə tamamilə dözülməz şərtlər altında davam edən
çəkiliş prosesi boyunca əvvəldən sonadək nəinki əllərindən gələni, hətta ondan da
artığını etdilər.
Razıyam: “Ən gözəl” heç də iddialı film deyildi, amma mənim gözümdə ən
dəyərli filmimdir.
Rejissorluq haqqında qısa qeydlər
Kino nədir? Bu sualın cavabı düşündüyünüz qədər asan deyil. İllər əvvəl
yapon yazıçısı Şiga Noya nəvəsinin yazdığı bir məqaləni hamıya göstərib onu son