Page 155 - "Xəzər"
P. 155
Mən “Sagato Sanşiro II” filmim ekranlara çıxdığı ay, daha dəqiq desəm,
1945-ci ildə, otuz beş yaşımda aktrisa Yaguçi Yoko (əsl adı Kato Kiyo) ilə ailə
qurmuşam. Nikah mərasimi Tokiodakı Meici məbədində keçirildi. Nikah
şahidlərimiz isə Yamamoto Kaciro ilə həyat yoldaşı idi.
Atamla anam Akita prefekturasına köçdüyündən nikah mərasimində iştirak
edə bilməmişdilər. Səhəri gün Amerika bombardmançı təyyarələri Tokioya
genişmiqyaslı hücuma keçdi. Şəhərə yağdırılan B-29 mərmilərindən biri Meici
məbədinin nikah salonuna düşdü. Nikah salonu külə döndü. Ona görə də evlilik
mərasimindən bir dənə də salamat fotoşəkil qalmayıb. Hətta nikah mərasiminin özü
də hava hücumundan xəbər verən həyəcan siqnallarının sədası altında keçirilmişdi,
odur ki, mərasim boyu salondakı hər kəsin üzündə yalnız qorxu və əndişə ifadəsi
görmək olardı.
Bu o vaxt idi ki, nikah mərasiminə gələnləri sakeyə qonaq edirdilər. Əvvəllər
onun dadına baxmışdım, amma xoşuma gəlməmişdi. Mərasim zamanı içdiyim
sakenin dadı isə əla idi. Hətta daha çox içməkdən özümü güclə saxlamışdım. Elə ki,
nikah mərasimi bitdi, biz həyat yoldaşımın ailəsinin evinə getdik, burada isə süfrəyə
ancaq bir şüşə ortabab viski qoyulmuşdu.
Qorxuram, nikah mərasimimizdən bəhs edərkən yalnız içkilərdən
danışdığıma görə arvadımın mənə acığı tutsun. Ancaq həmin vaxt evlənməyin
mənim üçün nə demək olduğunu izah etməkdən ötrü bunları yazmağım vacibdir.
Şübhə etmirəm ki, nikaha qədər keçirdiyimiz günlərdə romantik nə isə axtarmağın
yersiz olduğunu da bu yazdıqlarımdan çox yaxşı başa düşürsünüz.
Hər şey anamla atamın Tokioya köçməsi ilə başladı. Həmin vaxt Toho
studiyasında çalışan Morita Nobuyoşi həyatımı təkbaşına yaşaya bilməyəcəyim və
evlənməli olduğum barədə tez-tez söz salardı. Nəhayət, bir gün mən ona, “Yaxşı,
sən deyən olsun, bəs kiminlə evlənməliyəm?!” dedikdə cavabı gecikmədi: “Xanım
Yaguçi ilə evlənməyə sözün nədir?”.
“Ola bilər!” – mən ürəyimdə fikirləşdim, dərhal da “Ən gözəl” filminin
çəkilişləri zamanı onunla sözümüzün tez-tez çəp gəldiyini xatırladım.