Page 151 - "Xəzər"
P. 151
Üç Mart Kukla Festivalında onunla oynamağımız indiki kimi yadımdadır;
evimizdə nəsildən-nəslə keçən və ailə yadigarı olan kuklalarımız vardı. İkisi
imperator və imperatoriça, beşi saray musiqiçilərinin kuklası idi. Başqa bir kukla isə
Uraşimo Taro (tısbağanın belinə minib uzaq səfərə çıxan və qoca vaxtı geri qayıdan
Rip Van Uinklerin suda yaşayan oxşarı) kuklası idi. Sonuncu kuklamız əlində Pekin
itinin xaltasını tutmuş saraylı qadındı. Bundan başqa, iki fanar, hər birinin içində
balaca yemək qab-qacaqları olan beş yumşaq məcməyi, hətta ovucuma sığacaq
qədər balaca gümüş manqal belə vardı.
Qaranlıq otaqda kiçik fanarlardan saçılan yumşaq parıltılı işıqda beşkünc
bənövşəyi keçənin üstündəki kuklalar o qədər canlı görünürdülər ki, adama elə
gəlirdi, indicə dil açıb danışacaqlar. Bu qeyri-adi gözəllik bəzən məni qorxudurdu.
Kiçik bacım məni kuklaların yanında oturdar, məcməyilərdən birini və tüstülənən
manqalı qarşıma qoyar, kuklaların üskükdən balaca qədəhlərində məni sakiyə qonaq
edərdi.
Kübarlığı, mehribanlığı ilə fərqlənən kiçik bacım həmişə evdə mənimlə
birgə olardı və o, bütün bacılarımın ən gözəli idi. Onun gözəlliyi şüşə kimi şəffaf və
incə idi, sanki bir ehtiyatsız toxunuşla qırılıb tökülə bilərdi. Nə vaxtsa “yox” dediyini
xatırlamıram. Böyük qardaşımın məktəbdə yıxılıb başı qanayanda, kiçik bacım
hönkürərək ağlamağa başlamış və böyük qardaşımın yerinə özünün ölmək istədiyini
demişdi.
İndi – uzun illər sonra onun haqqında bu sətirləri yazarkən belə, göz
yaşlarımı saxlaya bilmir, elə hey hıçqıraraq burnumu çəkirəm.
Budda məbədində keçirilən dəfn mərasiminə bütün ailə üzvləri və qohum-
əqrəba toplaşmışdı. Hamı sakit-səssiz dayanıb rahibin oxuduğu duaları dinləyirdi.
Taxta davulun və qonqların səsi getdikcə daha da yüksəlirdi, elə bu vaxt məni
gülmək tutdu, özümü nə qədər ələ almağa çalışsam da, mümkün olmadı. Atam, anam
və bacılarım təəccüblə mənə baxırdılar. Mənsə gülməyimi saxlaya bilmirdim. Bu
vaxt qardaşım ehmalca qolumdan tutub məni məbədin çölünə çıxardı. Mən
gözləyirdim ki, o, dişinin dibindən çıxanı desin, amma qardaşım heç də əsəbi