Page 150 - "Xəzər"
P. 150
Nəhayət, o, atamın məsləhəti ilə Tokionun Vakamatsu şəhərciyindəki
Ceicoda məktəbinə getməyə başladı. Bura məktəbdən çox hərbi akademiyaya
bənzəyirdi. Qardaşım büruzə verməsə də, yəqin ki, qəlbinin dərinliyində buranın
olduqca sərt qayda-qanunlarına üsyan edirdi. Axırda onun ədəbiyyat həvəsi
akademik karyeradan əl çəkməsinə gətirib çıxardı, bununla da qardaşımla atam
arasında tez-tez mübahisələr düşməyə başladı.
Atam imperator ordusunun Toyoma Hərbi Akademiyasının məzunu idi,
sonradan həmin məktəbdə müəllim işləmişdi. Deyilənə görə, yaxşı bir müəllim
olmuşdu, hətta tələbələrindən bir çoxu general rütbəsinədək yüksəlmişdi. Atam
tədris zamanı nizam-intizama lap spartalılar kimi xüsusi əhəmiyyət verərmiş, elə ona
görə də meylini xarici ədəbiyyata salmış, vaxtını mütaliə etməklə keçirən
qardaşımla niyə sözlərinin çəp gəldiyini və mübahisə etdiklərini yaxşı başa
düşürdüm.
Böyük bacımın oğlu mənimlə yaşıddır. Mən doğulanda bacım ərindən
boşanmışdı. Özümü əqli və fiziki cəhətdən dərk etməyə başlayanda, böyük qardaşım
artıq çoxdan evdən ayrılmışdı, biz az-az görüşürdük. Ortancıl qardaşım isə hələ mən
doğulmamışdan əvvəl hansısa xəstəlikdən ölmüşdü. Beləliklə, cəmi bir qardaşım və
üç bacım vardı, onların ən kiçiyi mən idim.
Bacılarımın adlarının sonuna “nəsil”, yaxud “təmsilçi” mənasını verən “yo”
əlavə edilib. Onların adları evi tərk edən böyük bacımdan başlayaraq belə sıralanır:
Şigeyo, Haruyo, Taneyo və Momoyo. Əslində, mən onları adları ilə deyil, “böyük
bacı”, “ortancıl bacı”, “kiçik bacı” deyə çağırıram. Əvvəl də dediyim kimi,
qardaşımla seyrək görüşdüyümüzdən mən həmişə bacılarımla oynayardım; indinin
özündə də kiçik böcəklər düzəltməyi, ya da beşik yırğalamağı çox yaxşı bacarıram,
hətta bu bacarıqlarımı görən indiki dostlarım və çəkiliş qrupumun üzvləri əməlli-
başlı təəccüblənirlər.
Dördüncü sinifdə oxuyanda çox sevdiyim kiçik bacım xəstələndi. Sanki
birdən-birə hardansa qara yel əsdi və onu götürüb apardı – kiçik bacım öldü.
Juntendo xəstəxanasına – onu görməyə gedəndə bacımın mənə baxıb ümidsizcəsinə
gülümsədiyini ömrümün axırınadək unutmayacam.