Page 149 - "Xəzər"
P. 149
Bacımı aparan qəddar külək
Böyük qardaşımla aramızda vur-tut dörd yaş fərqi vardı, halbuki kənardan
baxanlara elə gələrdi ki, o, məndən ən azı on yaş böyükdür. Mən ibtidai məktəbin
üçüncü sinfinə getdiyim il qardaşım orta məktəbə daxil olmağa hazırlaşırdı. Heç
kimin gözləmədiyi o məşum hadisə də məhz bu vaxt baş verdi.
O, dərslərini əla oxuyurdu, hələ beşinci sinifdə ikən Tokiodakı ibtidai sinif
şagirdləri arasında keçirilən bilik yarışında üçüncü, altıncı sinifdə oxuyarkən isə eyni
yarışda Tokio üzrə birinci yeri tutmuşdu. Bununla belə, əvvəl Dövlət Liseyinin,
sonra da Tokio İmperator Universitetinin qapılarını üzünə açacaq olan qəbul
imtahanından keçə bilmədi.
Bu, başda atam olmaqla, bütün ailə üzvlərimizi dərin kədərə qərq etdi.
Həmin günlərdə evimizə çökən qəm dumanı hələ də gözlərimin önündən getmir.
Sanki hardansa güclü bir burulğan gəldi və evimizdəki bütün rahatlığı, sevinci özü
ilə apardı. Atam kədərli gözləri ilə elə hey üfüqü seyr edir, anam heç bir səbəb
olmadan evin içində sağa-sola tüyünür, bacılarım heyrətlərini böyük qardaşımdan
gizləmək üçün öz aralarında pıçıldaşırdılar. Mənim də kefim əməlli-başlı
pozulmuşdu, qaş-qabağım açılmırdı.
Heç indinin özündə də qardaşımın imtahandan niyə kəsildiyini başa düşə
bilmirəm; axı o, əvvəlki imtahanlardan üzüağ çıxa bilmişdi, sonuncu imtahandan
sonra isə özünə tamamilə arxayın idi. Bu uğursuzluğun iki səbəbi ola bilərdi: ya
qəbul zamanı valideynləri orta məktəb məzunu olanlara üstünlük verilmişdi (bizim
valideynlərimiz təhsilsiz idi), ya da imtahanın müsahibə hissəsində hədsiz eqoist
olan qardaşımın ədabaz cavabları imtahan aparanların xoşuna gəlməmişdi.
Qəribədir, imtahandan kəsildikdən sonra qardaşımın özünü necə apardığı
yadımda deyil. Hər halda, adətinə xilaf çıxmayıb heç nə olmamış kimi laqeyd
davranmışdı. Özünü tox tutsa da, hadisənin onu sarsıtdığın düşünürəm, çünki çox
keçmədən qardaşımın demək olar ki, tamamilə başqa bir adama çevrildiyini
görməmək mümkün deyildi.