Page 148 - "Xəzər"
P. 148
Əlbəttə, məni Renuar və Ford kimi böyük ustadlarla müqayisə etmək yanlış
olardı, axı mən onların yanında çox təcrübəsiz görünürəm! Ancaq insanlar mənim
kim olduğumu öyrənmək istəyirlərsə, onları bu imkandan məhrum edə bilmərəm.
Hərçənd, həyat hekayəmin başqaları tərəfindən maraqla oxunacağına da bir o qədər
inanmıram və xatirələrimi “Rasyomon” filmini çəkdiyim 1950-ci ildə bitirirəm
(səbəblərini daha sonra yazacağam).
Məncə, kitabda heç kimə qarşı qeyri-səmimi, saxta olmamışam, vaxtilə birgə
çalışdığım insanların üzünə dediklərimi burda da qələmə almışam. Xatirələrimi
yazanda yaddaşımı təzələmək üçün köhnə dostlarla oturub söhbət etdik, olub-
keçənləri birlikdə xatırladıq. Yazıçı-ssenarist, ibtidai sinifdən dostum olan Uekisa
Keinosuke, rejissor köməkçisi olduğum vaxtlardan tanıdığım Hondo İnoşiro, tez-
tez birgə çalışdığım rejissor Muraki Yoşiro, səs rejissoru, P.Ç.L-də birgə işə
başladığımız Yanoguçi Fumio, musiqi tərtibatçısı Sato Masuri (onunla da uzun illər
bir yerdə çalışmışıq), ilk filmim “Sugata Sanşiro”da oynayan və böyük şöhrət tapan
Fucita Susumi, aktyor Kayamo Yuzo (ona bu sənətdə az şey öyrətməmişəm!), “Toha
Tova Film” şirkətinin vitse-prezidenti, xüsusilə ölkədən kənarda mənə böyük
köməyi dəymiş Kavakita Kaşiko, yapon kinosunun amerikalı araşdırıcısı, filmlərimi
məndən daha yaxşı tanıyıb-bilən Audie Bok, “Rasyomon”, “İkiru” və “Yeddi
Samuray” filmlərinin ssenarisini birgə hazırladığımız prodüser Haşimoto Şinobu,
ssenarist, son filmlərimdə tez-tez köməyinə bel bağladığım, qolf və şahmat
oynayarkən isə ən güclü rəqibim olan İde Masoto, prodüser, xaricdəki həyatımın
böyük hissəsini paylaşdığım Frankşteyn – Matsue Yoiçi və “Rasyomon” filmində
ssenarist köməkçisi olaraq işə başlayıb, sonradan sağ əlimə çevrilən və tez-tez
xətrinə dəydiyim Noqami Teruyo mənə bu işdə kömək etdilər.
Onların hər birinə səmimi-qəlbdən təşəkkür edirəm.
Akiro Kurosava, Tokio, iyun, 1981-ci il.