Page 146 - "Xəzər"
P. 146
Dahi yapon ssenaristi və rejissoru Akiro Kurosava 1910-cu ildə Tokioda
doğulub. 1950-ci ildə Akutaqava Rünoskenin “Rasyomon qapısı” və “Qalın
meşədə” novellaları əsasında çəkdiyi “Rasyomon” filminə görə “Qızıl Şir” və
“Oskar” mükafatlarına layiq görülüb.
Dörd il sonra – 1954-cü ildə növbəti şedevrini – “Yeddi samuray” filmini
çəkib. Bu film dünya kinosunun klassikası hesab olunur.
Şekspir, Dostoyevski, Qorki kimi yazıçıların əsərlərinə özünəməxsus ekran
həyatı verən rejissor 1975-ci ildə SSRİ kinematoqrafçıları ilə birgə çəkdiyi “Dersu
Uzala” filmiylə yenidən “Oskar”a layiq görülüb.
Kurosavanın “Qurbağa yağı satan” kitabı memuar ədəbiyyatının ən parlaq
nümunələrindən biridir. Burada böyük sənətkar öz uşaqlığı, gəncliyi, keçdiyi sənət
yolu ilə bağlı ilginc məqamlara toxunur. Memuar Kurosavanın təlatümlü ömür yolu
və zəngin mənəvi dünyası ilə yaxından tanış olmağa imkan yaradır.
“Qurbağa yağı satan” kitabından təqdim etdiyimiz parçaların maraqla
qarşılanacağına inanırıq.
Ön söz
Müharibə ərəfəsində ölkənin hər tərəfini səyyar satıcılar bürümüşdü. Onlar
yanıq və kəsikləri sağaltdığı deyilən iksir satırdılar. Bu iksiri əldə etmək üçün
ənənəvi bir üsuldan istifadə olunurdu: dörd qabaq, altı arxa ayağı olan bir qurbağa
hər tərəfi güzgü ilə əhatələnmiş qutunun içinə qoyulurdu. Güzgüdə özünü dörd
tərəfdə görüb heyrətlənən qurbağa yağlı maye ifraz etməyə başlayırdı. Həmin
mayeni söyüd budağı ilə qarışdırıb qaynadır, bu iksiri əldə edirdilər.