Page 145 - "Xəzər"
P. 145
a həmişə olduğumdan fərqli bir mənəm. Qadın isə görəndə ki, çaşıb qalmışam, birbaşa sifətimə
qışqırdı:
– Bəs bilirsən ailəsini atan adamı nə gözləyir? Katorqa… Qandınmı, cani! Katorqa!
Bu yerdə artıq qorxuya düşüb xoflandım və sakitcə qapıya tərəf döndüm ki, çıxım. Amma
kandarda kimsə dayanmışdı və düz bizə baxırdı. Bu kasıbyana, lakin təmiz geyinmiş arıq bir qadın idi.
Mənim çaşqınlığımı və təəccüb dolu sifətimi görüb dedi:
– Ona qulaq asmayın… Ağlı yerində deyil… Kişi xeylağı görən kimi, elə bilir əridir… Onun bu
murdar qızcığazı isə yoldan ötənləri qəsdən evə çağırır ki, əylənsin, baxsın ki, anası necə qışqırır, ağzına
gələni necə çərənləyir… İndi sənin dərsini verərəm, ifritə!
Qadın qolunu fırlatdı ki, qıza şillə ilişdirsin, ancaq qız şillədən qıvraqcasına yayınıb yenidən
mənim yan-yörəmdə atılıb-düşməyə, şən halda oxumağa başladı:
– Sən inanmıışdın ha, düzdürmü inanmışdın… qorxmuşdun… qorxmuşdun… qorxmuşdun…
– Elvira, bu kişi sənin ərin deyil, – qadın mülayim səslə dedi.
Elvira kirimişcə qırağa çəkilib aralandı, yenidən komanın küncündə büzüşüb qaldı. Qadın içəri
girib sobanın kömürünü qurdaladı.
– Mən bunlara yemək hazırlayıram, – o dedi. – Bunlar həqiqətən sədəqə hesabına yaşayırlar,
amma əri onu atmayıb, sadəcə, ölüb.
Bugünlük bəsim idi. Cibimdən yüz lira çıxarıb qıza verdim; o da aldı, heç təşəkkür də eləmədi.
Sonra komadan çıxdım və birbaşa geriyə döndüm: cığırla, asfalt yolla gəlib körpüdən keçdim və via
Ostienzedəki öz evimə qayıtdım.
Mağaraya bənzəyən komanın boğanağından sonra evimiz mənə xeyli sərin görsəndi. Baxmayaraq
ki, mebel az, otaq xeyli genişdir, bununla belə o bədbəxtlərin öz cındalarını mıxdan asdıqları daxmadan
yaxşı idi. Mətbəxdə artıq hər şey yığışdırılmışdı; arvadım məndən ötrü gizlədib saxladığı xiyar salatını
çıxartdı və çanağın yanında dayanıb qabları yuyan arvadıma baxa-baxa salatı çörəklə yeməyə başladım.
Sonra yerimdən qalxdım, yaxınlaşıb sakitcə onun boynundan öpdüm və biz barışdıq.
Bir neçə gündən sonra koma əhvalatını arvadıma danışdım və ora təzədən getmək qərarına gəldim
ki, baxım görüm qızcığaz üçün nəsə eləyə bilərəmmi. Artıq məni Ernesto Rapelli kimi qəbul edəcəklərindən
çəkinmirdim. Amma bilmirəm inanacaqsız, ya yox: mən nə komanı tapa bildim, nə ağlı qaçmış arvadı, nə
qızcığazı, nə də onlara nahar hazırlayan qadını. Qızmar günəşin altında, zibil topalarının arasında boş-
boşuna düz bir saat avaralandım, axırda evə əliboş qayıtdım. Düşünürəm ki, yəqin yolu çaşdırmışam.
Arvadım isə əminliklə deyir ki, guya onu atmaq fikrinə düşməyimin vicdan əzabından qovrulduğum üçün
bu əhvalatı mən, sadəcə, özümdən uydurmuşam.
MEMUAR
Akira Kurosava
Tərcümə: Mövlud Mövlud