Page 144 - "Xəzər"
P. 144
Qız yenə başını qaldırmadan oğrun-oğrun pıqqıldadı. Mən bunu zarafata yozdum və qadına belə
cavab verdim:
– Bəlkə mənimkidir, bəlkə də bir başqasınınkı.
– Yox, – qadın bu sözə bəndmiş kimi torpaq döşəmədən dikəlib barmağını üstümə tuşladı. –
Səninkidir, yalnız səninki… Sən heç bilirsən kimsən? Avaranın, qoxağın, tənbəlin, yaramazın yekəsi!
Qadın təhqirə keçəndə qız da bərkdən gülməyə başladı, sanki bayaqdan elə bu sözləri gözləyirdi.
– Dilinə yiyəlik elə, – hirsimi boğa bilmədim, – mən axı dedim ki, səni tanımıram.
– Belə söylə, demək məni tanımırsan?.. Tanımırsan, amma hər necə olsa bura qayıtdın, eləmi?
Əgər məni tanımırsansa, onda bəs evin yolunu necə tapdın?
– Qorxaq-yaramaz, qorxaq-yaramaz, – qızcığaz pəsdən oxumağa başladı.
Bürküdən və hiddətdən məni tər basmışdı. Cavab verdim ki, bəs burdan təsadüfən keçirdim.
– Ah, zavallı, – qadın kinayə ilə dilləndi və çönüb qıza əmr elədi: – Çantanı mənə ver görüm.
Qız qara məxmərdən olan cırıq, çirkli çantanı mıxdan dartıb çıxartdı və anasına verdi. Qadın
çantanı açdı, içindən bir vərəq kağız çıxarıb dedi:
– Bu da nikah şəhadətnaməsi: Elvira Proetti, Ernesto Rapellinin arvadı… Sən yenə
dəbbələyəcəksən, Ernesto Rapelli?
İşə bax ki, mənim adım həqiqətən Ernestodur. Bu təsadüfə mat qaldım.
– Amma mən Rapelli deyiləm, – çaşqın halda dedim.
– Belə de. Deməli, Rapelli deyilsən?
Qız indi belə oxuyurdu:
– Ernesto, Erne-esto.
Qadın ayağa qalxdı. Zənnimdə yanılmamışdım: saçı ağ, sifəti qırış-qırış, dişləri tökülmüş olsa
da, aydın görünürdü ki, yaşı otuzdan artıq deyil.
– Hə, deməli, belə, deməli, sən Rapelli deyilsən…
Sonra bir böyrünü çəkə-çəkə yaxınlaşdı, məni diqqətlə süzüb qışqırdı: – Sən Rapellisən! Allahın
da, bəndənin də qarşısında sən Rapellisən ki, durmusan!
– Başa düşürəm, başa düşürəm, – dedim. – Sən özünü pis hiss edirsən. İcazənizlə, mən gedim.
– Yox, dayan bir dəqiqə!.. Belə tez olmaz!
Qız ürəkdən sevinə-sevinə bizim böyrümüzdə atılıb-düşür, başımıza fırlanırdı. Qadıın yenə
kinayəyə keçdi:
– Ernesto, arvadını atan, evdən əkilən, bütün il boyu gözə görükməyən sinyor Ernesto… Bəs heç
xəbərin var ki, sən olmayanda biz uşaqla bütün bu ili necə dolanmışıq?
– Yox, xəbərim yoxdur, – sərt şəkildə dedim. – Bilmirəm, heç bilmək də istəmirəm. Burax məni,
çıxım gedim.
– Gəl bunu ona de, – qadın qıza qışqırdı. – Gəl bizim nəylə yaşadığımızı, necə dolandığımızı öz
atana danış!
– Məmnuniyyətlə, – qız bunu hazırlıqlı şəkildə, uzada-uzada deyib, mənə yaxınlaşdı.
Boynuma alım ki, tamam karıxıb qalmışdım. Bütün bu təsadüflər: həqiqətən evdən əkilməyim,
adımın Ernesto, üstəlik də, həm arvadımın, həm qızımın olması əsəblərimə toxunub məni əməlli-başlı
yerimdən oynatdı. Artıq mənə elə gəlirdi ki, özüm yox, bir başqasıyam, eyni zamanda da sanki elə özüməm,