Page 143 - "Xəzər"
P. 143
almış karkasını xatırladan Qazqolder, silos qüllələri, boru xətləri, iri benzin çənləri, qaz zavodunun
sobaları, istilik-elektrik mərkəzinin şiş uclu damı üfüqü büsbütün dövrələmişdi və adama elə gəlirdi ki,
sanki bura Roma yox, şimaldakı hansısa sənaye şəhəridir. Sement çuvallarıyla yüklənmiş bəndin yanındakı
barjda ayaq saxlayıb, ensiz sarı Tibrə baxa-baxa bir qədər dayandım; mənə gülməli göründü ki, nəhəng
gəmilərin girib-çıxdığı Genuya, yaxud Neapolun limanları kimi bu qanov da liman adlanır. Əgər mən
həqiqətən qaçmaq istəsəydim, onda bu “limancığazdan” uzaqbaşı Fiumiçinoya qədər qaça bilərdim və
orada dənizə baxa-baxa qızardılmış balıq yeyərdim.
Nəhayət, irəli getməyə qərar verib körpünü keçdim və Tibrin o biri üzünə doğru uzanan çöllüyə
yönəldim. Baxmayaraq ki, yaxınlıqda yaşayıram, amma buralara heç vaxt yolum düşmədiyindən hara
getdiyimi düz-əməlli bilmirdim. Əvvəlcə hər iki tərəfi tullantılarla dolu çılpaq çöllüyün olduğu adi asfalt
yolla addımladım. Sonra asfalt yol torpaq cığıra çevrildi, zibil qalaqları isə təpə kimi ucalırdı. Fikirləşdim
ki, görünür, şəhərin hər tərəfdən zibil daşınıb tökülən hissəsinə düşmüşəm; burda bitki adına heç bir şey
yox idi, heç nə zoğ atmırdı və ətrafda hər şey köhnə kağız-kuğaz parçalarıyla, paslı konserv bankalarıyla,
hər cür qida tullantılarıyla doluydu. Çöllük başdan-başa göz deşən qızmar gün işığı içindəydi, çürüntünün
kəskin üfunətindən burun tutulurdu. Tərəddüd içində ayaq saxladım: irəli getmək istəmirdim, amma geri
qayıtmağa da meylim yox idi. Elə bu vaxt qəfildən muçqurtu səsi eşitdim, sanki kimsə iti yanına çağırırdı.
Başımı geri döndərdim ki, görüm bu nə itdir, amma heç bir it-filan gözümə dəymədi, baxmayaraq
ki, bütün bu zibil topalarının arası süləngi itlərin əsl yeriydi. Onda fikirləşdim ki, yəqin bu çağırış mənə
aiddir, odur ki, səsin eşidildiyi tərəfə boylandım. Zibil qalaqlarının arxasında bayaqdan gözümə sataşmayan
dəmir örtüklü balaca bir koma gördüm. Komanın qapısı ağzında səkkiz yaşlarında sarıyanız bir qız
dayanmışdı və mənə işarə verirdi ki, içəri girim. Qızcığazın sifəti solğun idi, gözlərinin altında yaşlı
qadınlarınkı kimi göy həlqələr vardı, toz-torpağa bulaşmış pırtlaşıq saçları küləş içində olduğundan başı
çalağan başına bənzəyirdi. Geyimi çox sadə, çox biçimsiz idi. Buna heç paltar da deməzdin – ikisi qolları,
ikisi ayaqları üçün olan dörd dəlikdən ibarət çuval.
– Sən həkim deyilsən ki? – ona tərəf çönəndə qız soruşdu:
– Yox, – dedim. – Nolub ki? Sənə həkim lazımdır?
– Əgər həkimsənsə, – qız davam elədi, – onda keç içəri. Anamın halı pisdir.
–––––––––––––––––––––
1Cənubi Avropada əsən isti, quru külək.
Həkim olmadığıma qızı inandırmağa çalışmadım və qapıdan içəri girdim. İlk anda mənə elə gəldi,
Kampio di Fyori bazarındakı köhnə-kürüşçünün dükanına düşmüşəm. Tavandan hər cür avadanlıq
asılmışdı: paltar, corab, çəkmə, əski-üskü, qab-qacaq, müxtəlif ev əşyaları. Amma sonra anladım ki, mebel
olmadığından bunları mıxdan asmağa məcbur olublar. Sallanan əşyalara toxunmasın deyə, başımı əyib
ətrafı gözdən keçirtdim ki, görüm uşağın anası hardadır; qız oğrun-oğrun mənə küncdəki cır-cında topasını
nişan verdi. Qızın göstərdiyi bu cındır qalağı alışıb-yanan bir gözüylə düz mənim üzümə baxırdı; o biri
gözü isə bir çəngə ağ saçın arxasında it-bata düşmüşdü. Qadının görkəmi məni dəhşətə gətirdi: çox qoca
görsənsə də, hələ xeyli cavan olduğu aydın bilinirdi. Baxışlarımı tutub birdən-birə dilləndi:
–Tanışlar bu dünyada gec-tez rastlaşırlar.
Qız qəhqəhə çəkdi, sanki əyləncəli bir tamaşaya baxırdı; sonra sallağı oturub boş konserv
bankalarıyla oynamağa başladı.
– Düzünə qalsa, mən səni tanımıram, – dedim. – Kimsən sən? Bu uşaq sənin qızındır?
– Əlbəttə… – qadın cavab verdi. – O elə sənin də qızındır…