Page 136 - "Xəzər"
P. 136
– Yığışdır əlini!

Ətrafdan narazı səslər eşidiləndə bilmədim xəcalətdən başımı hara soxum. Hiss elədim
ki, bu kəndçi qıza içimdə nifrət duyuram. Xristofor Kolumb haqqındakı filmin darıxdırıcılığını
necəsə qovmaq üçün beynimdə gündəlik xərcimi hesablamağa başladım. Səhər yeməyinə üç yüz
lirə vermişdim, yüz iyirmi lirə – siqaretə getmişdi, iki yüz lirə – qəhvə və pirojnaya, dörd yüz lirə
də kinoya. Deməli, gün ərzində min lirədən artıq pul xərcləmişdim, özüm də heç bir ləzzət-filan
almamışdım.

Filmin birinci hissəsi bitib, işıqlar yananda birdən Matildaya dedim:

– Sənin kimi qadınlar yaxşı olardı kənddə qalıb torpaqda eşələnsinlər.

– Niyə ki? – o soruşdu.

– Çünki zır kəndçisən. Şəhər həyatı sənlik deyil.

Bu gönüqalın kəndçi qızın mənə üstdən-aşağı baxıb nə dediyini söyləsəm, inanarsınızmı?

– Alıcının peşəsi mala mız qoymaqdır.

Hrsimdən az qala onu boğacaqdım. Bir kəlmə də danışmadan ayağa qalxdım, keçib beş
cərgə arxada oturdum. Daha başqa rəftar ola bilməzdi; o, bundan artığına layiq deyildi.

Artıq saat yeddi idi, filmin ikinci hissəsi isə qurtarmaq bilmirdi. Mən xırdalamalı
olduğum on min lirəlik əskinası və Riçorcimento meydanında görüşəcəyim Stayanonu getdikcə
daha çox düşünürdüm. Ancaq xronikaya baxmağı da çox istəyirdim və saat səkkizə on beş dəqiqə
qalmış Xristofor Kolumb, nəhayət, ölmək fikrinə düşüb işıqlar yananda hesabladım ki, hələ on
dəqiqəm var, çıxan kimi əskinası xırdalamağa cumacağam. Amma sən saydığını say –
kinoproqramın necə tərtib olunduğunu nəzərə almamışdım: əvvəlcə fasilə oldu, sonra hansısa
ayaqqabı fabrikinin, ardınca da mebel fabrikinin reklamı göstərildi. Ardınca yenə fasilə oldu.
Nəhayət, Allahın rizası ilə futbol xronikası göstərilməyə başlayanda artıq saat səkkiz tamam idi.
Mən çılğın azarkeşlərdənəm: elə ki, ekranda futbolçularımızın sifəti göründü, saxta əskinası da,
Stayanonu da, tələsməli olduğumu da, ümumiyyətlə, dünyadakı hər şeyi unutdum. İndi bütün
fikrim-zikrim yalnız oyundaydı. Düzünü desəm, bu mənə əvvəlcə uğurlu kimi görünmüş bütün
gün ərzində hiss etdiyim yeganə xoşbəxt dəqiqələr idi.

Kinodan həm yorğun halda, həm də dəlicəsinə çıxdım. Saat doqquza iyirmi dəqiqə
işləmişdi. Yolumu gözləyən Stayanonu, xırdalamalı olduğum saxta əskinası, boşuna xərclədiyim
pulları düşünə-düşünə başımı tamamilə itirmişdim. Bilmirdim hara gedim, neyləyim, nə çarə
qılım. Bir də gördüm ki, via Kola di Riensonun o başında, Riçorcimento meydanının
yaxınlığındayam.

– Xoşbəxtlik burdadır!.. Kim öz bəxtini sınamaq istəyir?

Qulağıma dəyən bu çığırtılar hansısa anlaşılmaz bir ümidlə məni ətrafa boylanmağa
məcbur etdi. Üz-gözündən cin yağan, boynundan asdığı tabağın üstünə üç oyun kartı düzmüş
qarayanız bir oğlan idi – divara söykənib yoldan ötənləri oyuna səsləyirdi. Eynən özü kimi şübhəli
görünən ortağı böyründə dayanmışdı və özünü elə aparırdı ki, guya başı oyuna qarışıb. Qəfil qərara
gəldim ki, bu saxta xoşbəxtliyi elə Stayanonun onminlik saxta əskinası üzərində sınayım: əskinası
ortağa xırdaladıb pulun yüz lirəsini oyuna qoyaram və uduzub sakitcə aradan çıxaram. Onsuz da
qumar oyunları qadağandır; bu fırıldaqçıların məni ələ verəcəklərindən qorxmaya bilərdim.

Yaxınlaşıb, tabağa hərisliklə baxa-baxa dedim:
   131   132   133   134   135   136   137   138   139   140   141