Page 134 - "Xəzər"
P. 134
– Hə, hə. Bax, mən sənə, tutaq ki, beş min lirəlik bir əskinas verirəm… Sən gəzirsən,
fırlanırsan, şəraiti yaxşı-yaxşı öyrənirsən… Sonra da nəsə xırda bir şey alıb pul ödəyirsən,
məsələn, deyək ki, bir fincan qəhvənin, ya da bir qutu siqaretin ödənişini edirsən… Pulun qalığını
gətirirsən, mən də üçdən bir hissəni sənə verirəm.
– Gerçək əskinasla üçdən bir hissəni? – onun sözünü bilərəkdən kəsdim ki, söhbətin
nədən getdiyini başa düşdüyümü göstərim.
– Əlbəttə, gerçək əskinasla. Sən məni nə hesab edirsən?
– Bəs birdən bilsələr, yalanımı tutsalar?
– Burda elə bir xüsusi şey yoxdu. Dərhal deyirsən ki, bəs saxta pulu sənə kimin
soxuşdurduğunu bilirsən, yalandan özünü bərk hiddətlənmiş kimi göstərib əskinası geri alırsan.
Əvvəl belə cavab vermək istədim ki, “Sən dəlisən, başın xarab olub, mən ömründə belə
işlərə getmərəm”, amma heç bilmirəm bu sözlər ağzımdan necə çıxdı:
– Yaxşı… Danışdıq…
Belə asanca razılaşmağımdan, üstəlik də, bunu başımla təsdiqləməyə davam etməyimdən
o qədər sarsılmışdım ki, heç indi də bunun necə baş verdiyini deyə bilmərəm. Bir sözlə, Stayano
on min lirəlik saxta əskinası cibimə basıb dedi ki, məni elə günü bu gün sınaqdan keçirtmək istəyir
və axşam saat səkkizə Riçorcimento meydanının bağında görüş təyin etdi. Hələ günorta saat iki
idi.
Və budur, mən artıq cibimdə on min lirəlik saxta əskinas, kefikök halda, zarafatlaşa-
zarafatlaşa, oynaya-oynaya ən azı üç min lirə qazanmaq ümidindəyəm. Birdən-birə özümü varlı
və qayğısız hesab elədim, sanki qarşıda bir neçə saatım yox, bütöv bir həftəm, yaxud tam bir ay
vaxtım vardı. Fikirləşdim ki, saxta əskinası xırdalamaq zamanı çatanacan – mənə elə gəlirdi ki, bu
elə də tez baş verməyəcək – hələ kef-damaq içində yaşaya bilərəm. Stayanonun on min lirəsindən
başqa cibimdə özümün də min beş yüz lirəyə yaxın pulum vardı və fikirləşdim ki, hələlik bu pulu
rahatca xərcləyə bilərəm. Bəs necə, axı indi mənimçün iki-üç min lirəlik gündəlik sabit qazanc
təmin olunmuşdu, özü də uzun müddətə. Mən yaxınlıqdakı, via Unitadakı osteriyaya yollandım,
çörəyi qəhvəyə batırıb tamsındığım neçə vaxtdan bəri ilk dəfə özümə əsl səhər yeməyi sifariş
etdim: spagetti, quzu əti, bir litr də çaxır. Fikirləşdim, bəlkə ödənişi saxta əskinasla eləyim, amma
vurub-çıxanda baxdım ki, belədə Stayanodan alacağım pul üç yüz lirə az olacaq; yaxşısı budur,
dostumun məsləhət gördüyü kimi, saxta əskinası hansısa xırda şey üçün, qəhvəyə, yaxud siqaret
almağa saxlayım. Odur ki, ödənişi öz pulumla elədim və çöplə dişimi qurdalayandan sonra əlimi
cibimə qoyub, via Kola di Riensoya çıxdım.
Yaz çağıydı; səmada ağ buludlar görsənir, ilıq meh əsirdi. Arada tez-tez yağış çiləsə də,
çox çəkmirdi, ardınca günəş çıxırdı. Yarpaqları təzə-təzə yaşıllaşmağa başlayan ağaclara baxanda
ürəyimdən keçdi ki, şəhər kənarına gedim, yaşıl otun üzərində uzanıb heç nə düşünmədən səmaya
tamaşa eləyim. Amma şəhər kənarına qızla getmək yaxşıdır, tək gedəndə adam darıxır. Mənimsə
rəfiqəm yox idi və heç təsəvvür də etmirdim ki, küçədə qızı necə ovlamaq mümkündür. Beynimdə
hamısını düşünə-düşünə asta addımlarla Kola di Riensonu dolaşa-dolaşa Libert meydanına gəldim,
körpüdən keçib Flaminio meydanına çıxdım. Tramvay dayanacağına çatıb ətrafa göz gəzdirdim.
Adətən, mən qadınlarla ünsiyyətə utancağam, ən çox da ona görə ki, cibimdə heç vaxt pulum
olmur. Amma bax ha, gör özünü varlı hiss etmək nə deməkdir! Mən bir qızı gözaltı elədim, – o,
tramvay gözləyənə oxşamırdı, –baxan kimi xoşuma gəldi və çox götür-qoy eləmədən yaxınlaşıb
danışdım. İri, qara gözləri olan qaraşın, alyanaq bir qızdı. Geyimi də ciddi idi – qırmızı toxunma