Page 138 - "Xəzər"
P. 138
Bir xeyli çənə-boğaz olduq, amma Stayano mənə bir quruş da vermək istəmirdi. Axırda
onu yalan danışmaqda, kəf gəlməkdə günahlandıranda, Stayano verdiyim min lirəlik əskinasları
cibindən çıxartdı və gözümün qabağındaca tikə-tikə eləyib nova tulladı. Ən çox xətrimə dəyənsə,
gedərkən mənə dediyi sözlər oldu:
– Namuslu, ciddi, məsul işlər sənlik deyil. Səndən iyirmi yaş böyüyəm, icazə ver deyim
ki… sən çox yüngülxasiyyət, bivec, səhlənkar adamsan… Səninki elə qara bazarda siqaret
satmaqdır, başqa heç bir işə yaramırsan. Xudahafiz, cavan oğlan.
YÜK MAŞINININ SÜRÜCÜSÜ
Mən arıq və əsəbiyəm; əllərim çöp kimi, ayaqlarım uzun və nazikdir, qarnım isə belimə
yapışıb, şalvar əynimdə güclə durur. Bir sözlə, mən yük maşını sürücüsünə qətiyyən oxşamıram.
Onlara diqqət yetirin: hamısı sağlam, enlikürək cavanlardır; əlləri yükdaşıyanlarınkı
kimidir, sinələri də, qarınları da əzələlidir. Çünki yük maşınının sürücüsündən ötrü ən başlıcası –
əl, kürək, bir də qarındır. Möhkəm əllər – diametri qolların uzunluğundan azacıq gödək olan sükanı
hərlətmək üçündür, dağ yollarında hərdən sükanı tam şəkildə fırlatmaq lazım gəlir; kürək – ondan
ötrüdür ki, quruyub qaxaca dönmədən saatlarla eyni vəziyyətdə qalmağa dözə bilsin; o ki qaldı
qarına –gərək oturacaqla nə cürsə bir tamlıq təşkil eləsin. Bunlar fiziki göstəricilərə aiddir. Öz
xarakterimə görə isə mən bu iş üçün daha az yararlıyam. Yük maşınının sürücüsü sinirsiz
olmalıdır; o, kənar şeylər barəsində düşünməməli, heç nəyin dərdini, qayğısını çəkməməlidir.
Uzun reyslər adamı yorub əldən salır; bu reyslər hətta buğanın da axırına çıxmağa qabildir. Qaldı
ki, qadınlar – sürücü də dənizçi kimi qadınları beynindən biryolluq çıxarmalı, onların barəsində
hər şeydən az düşünməlidir, yoxsa bu saysız-hesabsız gediş-dönüşlər, bitib-tükənməz səfərlər
yazığı dəli eləyər. Bu cür narahat fikirlər şəxsən məni həmişə didib-parçalayır. Temperament
baxımından mən melanxolikəm, qadınları da bərk xoşlayıram.
Baxmayaraq ki, bu peşə açıq-aşkar mənlik deyil, yenə də yük maşınının sürücüsü olmaq
niyyətinə düşdüm, hələ nəqliyyat şirkətində işə düzəlmək də qismətim oldu. Ortaq kimi mənə
hansısa Palombini, necə deyərlər, xalis heyvanı vermişdilər. Bu iş Palombinin lap boynuna
biçilmişdi. Yük maşınının sürücüləri dərrakə sarıdan, adətən, bir az axsayırlar, bu zırramanın
bəxtinə isə anadangəlmə axmaq doğulmaq düşmüşdü: onunla yük maşını tam bir vəhdət təşkil
edirdi. Yaşı otuzu adlasa da, Palombidə uşaqlıqdan nəsə qalmışdı: toppuş yanaqları, yastı alnı,
xırda gözləri vardı; ağzı da pul daxılının dəliyi kimiydi. Kəlmə kəsməsi nadir hallara təsadüf
edərdi, danışanda da qısa danışır, çox vaxt xortuldayırdı. Ağıl işartıları onun sifətində yalnız söhbət
yeməkdən düşəndə özünü büruzə verirdi. Yadımdadır ki, bir dəfə İtridə, Neapola getdiyimiz yolda
biz balaca bir osteriyaya girdik. İkimiz də ac və yorğun idik, amma burda lobyadan, bir də donuz
salasından başqa dişə vurmağa heç nə yox idi. Mən yeməyə candərdi əl uzadırdım, Palombi isə
dalbadal iki dolu nimçənin axırına çıxdı. Sonra stulun söykənəcəyinə yayxanıb mənə qalib
ədasıyla tamaşa elədi, sanki nəsə qeyri-adi dərəcədə vacib söz söyləməyə hazırlaşmışdı. Axırda
əlini qarnına çəkib, nə desə yaxşıdır:
– Mən hələ dörd nimçə də yeyə bilərəm.
Onun mənə çatdırmaq istədiyi vacib fikir bundan ibarət idi.