Page 135 - "Xəzər"
P. 135
ta, qəhvəyi yubka, qatlama corablar. Öyrəndim ki, ev qulluqçusudur, adı da Matilda. Roma
civarındakı hansısa yerdən, deyəsən, Kapranikdəndir. Yer axtarırdı özünə, hələliksə onun doğma
diyarında monastırları olan rahibələrin şəhərdəki pansionunda qalırdı. Çox təmkinlə, bir qədər də
saymazyana danışırdı, amma iki-üç dəfə “sinyorina” deməyim bəs elədi ki, mənə qarşı daha iltifatlı
olsun.
– Sinyorina, – dedim, – siz, əlbəttə, Roma ilə yaxşı tanış deyilsiniz… İstəyirsiz, sizə şəhəri
göstərim?
Qız guya necə davranacağını bilmirdi və bir qədər tərəddüdlə cavab verdi:
– Düzünə qalsa, mən bir sinyorinanın yanına getməliydim…
Bir sözlə, qıza “Foro İtaliko” stadionunu göstərməyi təklif etdim, o da bir qədər
tərəddüddən sonra razılaşdı.
Tramvayda bütün yolu zarafatlaşırdım; qız mənə ciddi şəkildə qulaq asırdı, sonra isə
qəfildən qəhqəhə çəkir, əsl kəndçi qızlar kimi üzünü əlləriylə örtüb bərkdən gülürdü. Milvio
körpüsünün yanında tramvaydan düşüb sahildəki daş abidələrə tərəf yönəldik. Mən bu yerlərə
bələd idim və bilirdim ki, stadionun arxasında təpə var, təpənin üzərində isə – yaşıl çəmənlik; orda
bizə heç kəs mane olmazdı. Amma hər necə olsa qıza stadionu da göstərmək istəyirdim. Stadion
həqiqətən əzəmətlidir: kürsülərin ətrafında sıra ilə düzülmüş heykəllərin hərəsi bir idman növünə
aiddir. Burda bir ins-cins yox idi və başdan-başa sükuta qərq olmuş stadion mənə hədsiz dərəcədə
gözəl görsəndi. Daş abidələr sanki başları üzərindən ötüb keçən buludlara can atırdı. Amma bu
mənzərə qıza heç bir təsir göstərmədi, hətta heykəllərin xalis mərmər parçasından yonulduğunu,
hərəsinin bir tondan artıq çəkisi olduğunu izah eləməyimin də faydası olmadı. Qız heykəllərin
yalnız çılpaqlığını görmüşdü və buna ayıb şey kimi baxırdı. Başa saldım ki, bunlar canlı məxluq
deyil, daş abidədir və əslində elə bu cür çılpaq da olmalıdır, yoxsa onlararın nəyi heykəl oldu ki.
Başını piyləmək üçün karandaşı çıxarıb çiynindən boks əlcəkləri asılmış cavan oğlan heykəlinin
baldırında yazdım: “Atillio Matildanı sevir”. Sonra qıza göstərdim ki, oxusun. Cavab verdi ki, bəs
oxumağı bacarmır. Beləcə, orasını da öyrəndim ki, bu kəndçi qız həm də zır savadsız imiş.
Sonra təpəyə tərəf yönəldik. İndi qız əvvəlki kimi iltifatlı deyildi. Təpəyə qalxan cığıra
çatanda burdan o tərəfə getməkdənboyun qaçırtdı:
– Məni axmaq hesab edirsən? Səhvin var, mən sən deyən yelbeyinlərdən deyiləm… Gəl
qayıdaq şəhərə.
İstədim zorla çəkib aparım; amma sən saydığını say – qız sinəmdən elə itələdi ki, ayaq
üstdə güclə dayana bildim.
Gəldiyimiz həminki tramvayla təzədən Flaminio meydanına qayıtdıq. Acığını soyutmaq
üçün onu bara gətirib qəhvə və pirojnaya qonaq etdim. Artıq saat beş idi. Təklif elədim ki, kinoya
gedək; orda rəngli filmdən başqa İtaliya-Avstriya futbol matçının xronikası da nümayiş etdirilirdi.
Qız yenə özünü naza qoymağa başladı ki, bəs guya hansısa sinyorinanın yanına getməlidir. Amma
bunlar adi kəndçi biclikləri idi: sadəcə, özünü qiymətə mindirirdi. Görəndə ki, səbrim artıq tükənir
və onunla xudahafizləşməyə hazırlaşıram, əlüstü razılaşdı.
Kino biletinin pulunu da cibimdəki həqiqi əskinasla ödədim. Qaranlıqda əlindən
yapışdım; qız əlini çəkmədi. Tərslikdən rəngli film təzəcə başlamışdı, futbol matçını isə, təəssüf
ki, filmdən sonra göstərməliydilər. Filmə baxmaq darıxdırıcı idi, özümdə cəsarət tapıb onun
boğazından öpməyə cəhd elədim. Qız məni var gücüylə kənara itələyib bərkdən dedi: