Page 131 - "Xəzər"
P. 131
n elmə marağından heyrətlənən sahibi təəccüblə yaxınlaşanda görür ki, ağzının dadını yaxşı
bilən bu canlı rəsmlərdə təsvir edilən bütün böcəkləri dişləyib qoparıb.

Tamaşaçı. Yetərincə qəribə lətifədi.

Vəkil. Güman edirəm, söhbətimizə də uyğun gəlir. Siz həmin rənglənmiş rəsmləri böyük
yaradıcının əsərləriylə eyni səviyyəyə qoymazdınız ki?

Tamaşaçı. Çətin!

Vəkil. Bəs meymunu cahil tamaşaçılar cərgəsinə qoymağı fikirləşməzdiniz?

Tamaşaçı. Eyni zamanda həm də acgözlər cərgəsinə qoyardım. Siz məni qəribə bir fikrə
sövq etdiniz! Görəsən, doğrudanmı cahil həvəskar əsərdən ona görə naturallıq tələb edir ki, özünün
kobud və bayağı ehtiyacını təmin edib ləzzət alsın?

Vəkil. Mən bu fikri tamamilə bölüşürəm.

Tamaşaçı. Və ona görə təsdiq edirsiniz ki, yaradıcı şəxs bu cür tələbatları nəzərə alıb
işləyəndə özünü alçaldır?

Vəkil. Mən buna tam əminəm!

Tamaşaçı. Amma mən burda bəzi ziddiyyətlər də görürəm. Siz indicə ehtiram göstərib
məni, ən azından yarısavadlı həvəskarlar sırasına daxil etdiniz.

Vəkil. Mükəmməl bilik almaq yolunda olan həvəskarlar sırasına.

Tamaşaçı. O zaman deyin görüm, nədən kamil bir sənət əsəri mənə təbiət əsəri kimi
görünür?

Vəkil. Çünki sənət əsəri təbiətdan yüksəkdi, amma ondan kənarda deyil. Mükəmməl
sənət əsəri – insan ruhunun məhsuludu və bu mənada o da təbiət əsəridi. Ancaq təbiətdə səpələnmiş
əşyalar onda bir yerə cəmləşdiyindən və ən bayağısı da öz yaxşı cəhətləriylə təsvir olunduğundan,
təbiətdən yüksəkdə durur. Yalnız inkişaf etmiş ruh sənət əsərini qəbul etmək gücündədir, o da öz
növbəsində əsərdə tamamilə təbiətinə uyğun, kamil və gözəl olanı tapır. Ortabab həvəskarın bu
haqda anlayışı olmur və incəsənət əsərinə bazarda satılan bir əşya kimi baxır, amma əsil sənət
vurğunu nəinki təsvir olunanın gerçəkliyini, həm də bədii seçimin üstünlüyünü, yenidən bir araya
gətirilənin mənəvi dəyərini, sənətin yerüstü mikroaləmini görür; o, hiss eləyir ki, sənətkarın
əsərindən zövq almaq üçün onun səviyyəsinə yüksəlməlidi; həyatın mənasızlığından qopub özünə
qapılmalı, bu sənət əsəriylə eyni həyatı yaşamalı, ona dönə-dönə tamaşa eləməli, bununla da öz
varlığını ucaltmalıdı.
   126   127   128   129   130   131   132   133   134   135   136