Page 141 - "Xəzər"
P. 141
rinliyində, piştaxta arxasında hansısa qozbel dayanmışdı. Mən indiyəcən cürbəcür qozbellərə
rast gəlmişəm, amma beləsini heç vaxt görməmişdim. Başı çiyinləri arasıında itib-batmış, belinin
qozbeli başının üstünə çıxmış bu əcaib məxluq əlini üzünə dayayıb kinli gözləriylə qızı süzürdü.
İtaliya döşəməni tez süpürüb qurtardı; bu vaxt qozbel nəsə dedi, qız da şotkanı piştaxtaya söykəyib
yaxınlaşdı, boynunu qucaqlayıb uzun-uzadı onu öpdü. Sonra yenidən şotkanı əlinə götürdü və
sanki rəqs edə-edə zalın ortasında fırlanmağa başladı.
Qozbel piştaxtanın arxasından çıxdı. O, balıqçı kimi geyinmişdi: ayağında səndəl,
əynində dizəcən çırmanmış göy balıqçı şalvarı və yaxası qatlanmış köynək vardı. Qapıya
yaxınlaşdığını görəndə ikimiz də dərhal geriyə atıldıq. Qozbel şüşə qapını açıb, pərdələri axıracan
endirdi.
– Kimin ağlına gələrdi bu? – mən həyəcanımı gizlətmək üçün yavaşdan dedim.
– H-m, – Palombi məni heyrətləndirən bir kədərlə cavab verdi.
Sonra biz qaraja yollandıq və gecənin qalan vaxtı ərzində qoşqunu qaldırıb, yerə dağılan
yükü ora yükləməklə məşğul olduq. Səhər Romaya yaxınlaşanda Palombi tanış olduğumuz
vaxtdan bəri ilk dəfə mənimlə danışdı.
– Gördün bu ifritə qız mənim başıma nə oyun açdı?
– Sən nəyi deyirsən? - təəccüblə soruşdum.
– Bütün bunlardan sonra, - Palombi ağır-ağır və dərin kədərlə sözünə davam elədi, - bütün
bu olanlardan sonra, o baş-bu başa gedib-gəldiyimiz bütün yol uzunu əlimi bu cür sıxandan sonra,
evlənəcəyimi ona söz verəndən sonra, nişanlanandan sonra sən gördün o neylədi? Qozbel.
Mən eşitdiklərimdən eləcə quruyub qalmışdım, Palombi isə eyni məyusluqla sözünə
davam edirdi:
– Ona yaxşı hədiyyələr alırdım: mərcan alırdım, ipək yaylıq alırdım, laklı tufli alırdım…
Düzü, onu sevirdim, mənə elə gəlirdi ki, axtardığımı tapmışam, düşünürdüm ki, mənə elə beləsi
lazımdır… O isə… Ürəyi, qəlbi olmayan nankor qızcığaz, başqa adı yoxdur.
Səhərin toranlığında bizim yük maşınımız Romaya sürətlə şığıyarkən Palombi susmaq
bilmədən elə hey bu barədə ağır-ağır, özüylə danışırmış kimi astadan söylənirdi. Mənsə
fikirləşirdim ki, İtaliya qatar biletinin puluna qənaət etmək üçün növbə ilə hər ikimizi aldadırmış.
Palombinin danışdığı sözlər məni əməlli-başlı qıcıqlandırır, az qala, cin atına mindirirdi, çünki
onun dilə gətirdiyi sözləri elə mən də deyə bilərdim; həm də o səbəbdən ki, Palombinin deyimində
bu sözlər mənə çox gülməli görsənirdi. Nəhayət, yazığın sözünü kobud şəkildə kəsdim:
– Bəsdi bu zibildən danışdın… Özün də əl çək yaxamdan, yatmaq istəyirəm.
– Bəzi şeylər adamın ürəyini ağrıdır, – zavallı Palombi bunu deyib susdu; Romaya
çatanacan daha bir kəlmə də danışmadı.
Ürəyimə çökmüş ağır nisgil bir neçə ay çəkilib getmədi. Şose mənimçün yenə əvvəlki
kimi olmuşdu: zəhlətökən saqqız kimi uzanırdı. Amma məni peşəmi dəyişməyə məcbur edən
başqa şey oldu: İtaliyanın həmin o Neapol şosesindəcə osteriya açması. Hələ qapının üstündən
lövhə də asmışdı: “Sürücülərin sığınacağı”. Sığınacağa bax ha! Ona gedib çatmaq üçün gərək yüz
kilometrlərlə yol ölçəsən! Əlbəttə, biz orda heç vaxt çox ləngimirdik, intəhası, piştaxta arxasındakı
İtaliyanı və ona pivə şüşəsi verən, stəkan daşıyan qozbeli görmək mənə qətiyyən xoş deyildi.