Page 140 - "Xəzər"
P. 140
z kabinəyə keçəndə Palombi salam işarəsi kimi heyvansayağı xortuldayır və çəkilib ona yer
düzəldirdi. İtaliya həmişə ortada otururdu, çünki mən şoseyə göz qoymalı, başqa maşını ötüb-
keçərkən qabaqda yolun boş olub-olmadığını Palombiyə xəbər verməliydim. Hətta mən sevginin
şiddətindən ağlımı itirib maşının qabaq şüşəsinə İtaliyanı xatırladacaq nəsə yazanda da Palombi
buna heç bir etiraz bildirməmişdi. Mən bir qədər fikirləşib şüşədə iri hərflərlə yazmışdım: “Yaşasın
İtaliya”. Palombi o dərəcədə kütbeyin idi ki, bu ifadənin ikibaşlı məna daşıdığını qanmamışdı. Ta
o günəcən ki, yük maşınının sürücüləri bir dəfə bizi lağa qoyub soruşmuşdular: əcəba, nə vaxtdan
belə patriot olmusunuz? Yalnız bu zaman Palombi mənə təəccüblə baxıb qımışmışdı:
– Onlar elə bilir ki, bu, İtaliyadır. Amma axı bu, qızdır… Sənsə əcəb ağıllısan. Yaman
fikirləşib tapmısan.
İki ay beləcə davam elədi. Bir dəfə biz qızı həmişəki kimi Terraçinada düşürərkən, yükü
Neapolda boşaldıb gecəni qalmadan dərhal geriyə, Romaya qayıtmaq barədə əmr aldıq. Bu mənim
qəti ürəyimcə deyildi, çünki ertəsi gün səhər İtaliya ilə yenidən görüşməliydim. Amma neyləmək
olar: əmr əmrdir.
Sükan arxasına keçdim; Palombi isə dərhal xoruldamağa başladı. İtriyə qədər hər şey
yaxşı gedirdi, çünki yolun bu hissəsində çoxlu döngələr var, gecələr isə, artıq yorğunluq güc
gələndə – döngə sürücünün ən yaxşı dostuna çevrilir, çünki adamı diqqətli olmağa məcbur edir.
İntəhası, İtrini keçəndən sonra, Fondinin portağallığı arasında yuxu mənə güc gəlməyə başladı.
Mürgünü gözümdən qovmaq üçün İtaliyanı fikirləşməyə girişdim. Fikir kələfi başımda getdikcə
daha çox dolaşıq düşürdü, beynimdəki düşüncələr sanki portağal ağaclarının sıxlaşan budaqlarıydı
və axırda qalınlaşıb keçilməz qaranlıq cəngəlliyə çevrildi. Yadımdadır ki, qəfildən fikirləşdim:
“Nə yaxşı ki, mən İtaliyanın barəsində düşünürəm, yoxsa çoxdan yuxulamışdım”. Əslində isə mən
yatmışdım və bunu da yuxuda fikirləşirdim; daha rahat yatmağım üçün bu fikri mənə aşılayan
yuxu idi. Elə həmin andaca hiss etdim ki, maşın şosedən çıxıb xəndəyə yuvarlandı. Arxa tərəfimdə
şaqqıltı və aşan qoşqunun gurultusunu eşitdim. Maşın yavaş gedirdi, odur ki, heç birimiz xəsarət
almadıq – nə mən, nə də Palombi. Amma kabinədən çıxanda gördük ki, üzüstə çevrilmiş qoşqunun
təkərləri havadadır, xam göndən ibarət bütün yük isə xəndəyə tökülüb. Səmada yalnız parlaq
ulduzlar işarırdı. Xoşbəxtlikdən bütün bu həngamə Terraçinada baş vermişdi: sağ tərəfimizdə
dağlar ucalırdı, solda isə, üzüm tənəklərinin arxasında qaranlıq dəniz görsənirdi.
– Yaman aşırtdın haa!.. – Palombi yalnız bunu dedi və təklif etdi ki, kömək dalınca
Terraçinaya gedək.
Terraçina lap yaxınlıqda, bir neçə addımlıqda idi və daim qarın dərdi çəkən, yemək barədə
düşünən Palombi möhkəmcə acdığını bildirib dedi ki, kranlı texniki yardım maşını yalnız bir neçə
saatdan sonra gəlib çıxacaq, hələliksə osteriyaya baş çəkmək pis olmazdı.
Beləcə, qəlyanaltı axtarmağa yollandıq. Amma saat on ikini keçmişdi. Bombalanmadan
bərk zərər çəkmiş dairəvi meydanda tək bircə kafe vardı, tərslikdən o da bağlıydı. Biz çox güman
ki, dənizə doğru gedən hansısa balaca bir küçəyə burulduq. Bir azdan aralıda işıqlanan lövhəni
görüb addımlarımızı yeyinlətdik. Bu, həqiqətən də osteriya idi, amma şüşəli qapısının dəmir
pərdələri yarıyacan aşağı endirilmişdi – deməli, qəlyanaltı bağlanırdı. Pərdələrin axıracan aşağı
salınmaması imkan verirdi ki, içəri boylanaq.
– Görərsən, bizi içəri buraxmayacaqlar, – Palombi bunu deyib aşağı əyilidi və şüşə qapıya
baxdı.
Mən də aşağı əyildim. Bu, bir neçə stol-stulu və piştaxtası olan adi kənd yeməkxanasıydı.
Stullar stolların üstünə çevrilmişdi. İtaliya əlindəki şotka ilə içəridə səliqə-sahman yaradırdı. Zalın