Page 133 - "Xəzər"
P. 133
kəni tərk etməyə məcbur qalıb səyahətə yollanır. Yazıçının məcburi səyahəti uzun çəkir – 1933-cü ildən
1943-cü ilə qədər. Moravia özü sonralar bu barədə yazırdı: “Bu illər mənim həyatımın ən pis illəridir və
mən o illəri heç zaman həyəcansız xatırlaya bilmirəm”. Gah Yunanıstanda, gah Çində, gah ABŞ-da, gah
Meksikada məskunlaşan yazıçı 1943-cü ilin sentyabrında müttəfiq qoşunlarının çıxarılmasından sonra
arvadıyla bir müddət Fondi şəhərində, Çoçarada gizlənməli olur. Moravia 1957-ci ildə orda gördüklərini
və məruz qaldığı ağır həyatı eyniadlı “Çoçara” romanında yüksək bədii çalarlarla təsvir edib.

Alberto Moravia sivil dünya xalqlarının dillərinə çevrilən bir çox məşhur romanların, o cümlədən
“Həyat oyundur”, “İntervü”, “Diqqət”, “Roma hekayələri”, “Özgə həyat” əsərlərinin müəllifi kimi
məşhurdur. Hazırda Azərbaycan Tərcümə Mərkəzində dünya şöhrətli nasirin seçilmiş əsərlərindən ibarət
toplu çapa hazırlanır. Topluya daxil olan “Roma hekayələri”ndən bir neçəsini “Xəzər”in oxucularına
təqdim edirik.

SAXTA ƏSKİNAS

Kiminsə hayladığını eşidəndə Riçorcimento meydanından keçirdim.
– Ey, cavan oğlan, işlər necə gedir?
Bu, Stayano idi. Via del Qamberrodakı qara bazarda siqaret satdığımız vaxtlar onunla
curluq edirdik. Stayanonun yaxşı geyindiyi gözümə dərhal sataşdı. Ona bildirəndə ki, bəs hazırda
bekar gəzirəm, heç nəylə məşğul olmuram (mənim heç bir peşəm yox idi, bu səbəbdən özümü işsiz
adlandıra bilməzdim), köhnə dostum qoluma girib dedi ki, mənimçün gündəlik qazancı min, iki
min, bəlkə də üç min lirə olan rahat iş tapa bilər. Soruşdum ki, necə? O, çox uzaqdan başladı. Dedi
ki, bəs çətin zamanlar gəlib, indi hətta əlində peşəsi olan və öz sənətini yaxşı bacaranlar da
gündəlik bir parça çörəyini qazana bilmir; söylədi ki, hazırkı vaxtda guya adamlar iki təbəqəyə
bölünüb: ürəklilərə və ürəksizlərə – cəsarəti olanlar həmişə uğur qazanır, olmayanlar isə ömürlük
əfəl vəziyyətdə qalırlar. Hə, Stayano qəti əmin idi ki, mən məhz birinci təbəqəyə məxsusam, çünki
məni köhnə əyyamlardan tanıyır; keçmiş günlər isə indikilərdən heç də asan deyildi. O ki qaldı
düzəltmək istədiyi işə – ola bilsin, bu təklif məni təəccübləndirəcək, amma onun sözünü yarıda
kəsməməliyəm, yalnız “hə”, yaxud “yox” deməliyəm.
Mən hələ ki, dinmir və özlüyümdə düşünürdüm: “Yəqin, Stayanonun təklifi həqiqətən
nəsə qeyri-adi təklif olacaq, çünki o, adətən, bu qədər qeyd-şərtlərə, cürbəcür düzəlişlərə yol
verməzdi. Həhayət, sözünü bitirdi və soruşdum ki, iş nədən ibarətdir. Bu dəfə cavabı uzatmadı:
– Pul xərcləmək lazımdır.
– Pul xərcləmək?
   128   129   130   131   132   133   134   135   136   137   138