Page 130 - "Xəzər"
P. 130
Tamaşaçı. Opera yaxşıdısa, əlbəttə, o, özlüyündə hər şeyin məlum qanunlar üzrə baş
verdiyi kiçicik bir dünyadı və haqqında fərdi qanunlarıyla mühakimə yürüdülməsini, onu xüsusi
keyfiyyətlərinə istinadən duymağı tələb edir.
Vəkil. Məgər elə buradan, sənətdəki və təbiətdəki gerçəkliklərin ayrı-ayrı şeylər olduğu
ortaya çıxmırmı? Axı sənətkar heç vaxt can atmamalıdı ki, onun əsəri təbiət əsəri kimi görünsün.
Tamaşaçı. Amma o, çox vaxt bizə təbiət əsəri kimi görünür.
Vəkil. Bunu inkar edə bilmərəm. Amma icazənizlə fikrimi açıq söyləyim.
Tamaşaçı. Başqa cür ola da bilməz. Axı biz bura məddahlıq eləməyə gəlməmişik.
Vəkil. Onda mən özümə rəva görüb deyə bilərəm ki, yalnız cahil tamaşaçıya incəsənət
əsəri təbiət əsəri kimi görünə bilər, məhz belə tamaşaçı müəllif üçün əziz və dəyərlidi. Ancaq
təəssüf ki, sənətkar onun səviyyəsinə enənə qədər tamaşaçı ondan razı qalacaq; di gəl əsl sənətkar
ilhamla ucalarda qanad çalıb əsəri tam şəkildə bitirərkən, həmin tamaşaçı onunla heç vaxt
yüksəklərə ucala bilməz.
Tamaşaçı. Qəribə də olsa, dinləmək maraqlıdı.
Vəkil. Əgər özünüz o yüksək pilləyə çatmış olmasaydız, bunları həvəssiz dinləyərdiniz.
Tamaşaçı. İcazə versəydiniz indi mən sualverən qismində çıxış edib, müzakirə
etdiklərimizi nizamlamağa cəhd göstərərdim.
Vəkil. Buyurun, lütfən.
Tamaşaçı. Deyirsiniz ki, incəsənət əsəri ancaq cahillərə təbiət əsəri kimi görünə bilər?
Vəkil. Əlbəttə, dahi sənətkarın çəkdiyi gilənarlara uçub qonan quşları yada salın.
Tamaşaçı. Məgər bu, gilənarların yüksək səviyyədə çəkildiyinə dəlalət etmir?
Vəkil. Qətiyyən yox, bu daha çox onu sübut edir ki, aludə olanların özü əsil sərçələrdi.
Tamaşaçı. Buna baxmayaraq, mən belə bir əsərə gözəl deməyə bilmərəm.
Vəkil. Sizə yeni bir lətifə danışımmı?
Tamaşaçı. Mən çürükçü nəsihətlərdənsə, lətifələrə daha həvəslə qulaq asıram.
Vəkil. Dahi bir təbiətşünasın ev heyvanları arasında meymun da varmış və bir gün onun
yoxa çıxdığını görür. Uzun axtarışdan sonra onu kitabxanada tapır. Meymun döşəmədə oturub
təbiətşünaslığın tarixinə dair cildlənməmiş əsərlərdən birinin qravürlərini ətrafına səpələyibmiş.