Page 129 - "Xəzər"
P. 129
Vəkil. Siz bu məqamda özünüzə zidd gedirsiniz, bu isə, çox güman, söz oyunundan da
betərdi.
Tamaşaçı. Əsəbiləşməyin. Biz sizinlə hər şeyə aydınlıq gətirəcəyik.
Vəkil. Aydınlıq gətirsək, razılığa da gələcəyik. Qaldığımız yerdən tərpənmək üçün sizə
bir neçə sual verməyə müsaidə edərsinizmi?
Tamaşaçı. Suallarla məni dolaşıq vəziyyətə saldığınız kimi, suallarla da bu vəziyyətdən
çıxarmaq sizin borcunuzdur.
Vəkil. Deməli, siz operanın doğurduğu təəssüratı yalan adlandırmaq istəmirsiniz?
Tamaşaçı. Yox, istəmirəm, amma, hər halda, ona oxşar bir şeydi.
Vəkil. Siz, az qala, özünüzü unudursuz, elə deyilmi?
Tamaşaçı. Az qala yox, əgər bütün opera, ya heç olmasa, onun bir hissəsi doğrudan da
gözəldisə, özümü tamamilə unuduram.
Vəkil. Siz heyran olursunuz?
Tamaşaçı. Bu, dəfələrlə başıma gəlib.
Vəkil. Bunun məhz hansı məqamlarda baş verdiyini deyə bilərsinizmi?
Tamaşaçı. Belə anlar o qədər çox olub ki, onları sadalamaqda çətinlik çəkirəm.
Vəkil. Amma siz bu suala artıq cavab vermisiniz: ilk növbədə, əlbəttə, hər şey məlum
harmoniya içində olarsa.
Tamaşaçı. Şübhəsiz.
Vəkil. Belə mükəmməl ifa özüylə harmoniya əmələ gətirir, yoxsa təbiətin hansısa bir
yaratdığıyla?
Tamaşaçı. Sözsüz ki, özüylə.
Vəkil. Axı harmoniya da bir incəsənət işidi.
Tamaşaçı. Təbii.
Vəkil. Operanın gerçək olduğunu biz indicə inkar elədik; təsdiqlədik ki, təqlid elədiyini
o heç də həqiqətə uyğun ifadə eləmir; amma biz sənət əsərinin məntiqindən doğan daxili
gerçəkliyini inkar edə bilərikmi?