Page 128 - "Xəzər"
P. 128
yə gərəkmiş? Müxtəlif dövrlərin geyimlərini öyrənmək nəyə lazımmış? Böyük vəsait sərf edib
onları kifayət qədər dəqiq təsvir eləmək məgər məni uzaq zamanlara alıb aparmaqdan ötrü
deyilmi? Nəyə görə hisslərini başqalarından daha dəqiq çatdıran aktyorun şəninə hamıdan çox tərif
deyirlər, onun nitqi, hərəkəti, jestləri gerçəkliyə daha uyğun gəlir və illüziya yaradır ki, guya mən
təqlidi deyil, həqiqətən baş verən nələrisə görürəm?
Vəkil. Siz dərk etdiklərinizi əla çatdırırsınız, amma nəyi dərk etdiyinizi kifayət qədər
aydın başa düşmək, görünür, siz düşündüyünüzdən çətindi. Sizi əmin edə bilərəm ki, teatr
tamaşalarını heç də gerçəklik kimi yox, gerçəkliyin görüntüsü kimi qəbul edirsiniz.
Tamaşaçı. Bütün bu təfərrüatlar, onsuz da söz oyunundan başqa bir şey deyil.
Vəkil. Ancaq mən isə cəsarət edib sizə deyirəm ki, ruhumuzun təzahüründən danışanda,
hətta ən zərif söz belə onu ifadə eləməkdə acizdi və bu qəbildən söz oyunu ruhumuzun ona olan
tələbatını göstərir, çünki daxilimizdə baş verənləri ifadə etməkdə gücsüzük və işin mahiyyətinə
varmaq üçün məsələyə müxtəlif tərəflərdən yanaşmaq lazım gəlir.
Tamaşaçı. Olsun! Ancaq, lütfən, əgər mümkünsə, bunu aydın və əyani örnəklərlə izah
edin.
Vəkil. Öz xeyrimə nə qədər desəniz misal çəkə bilərəm. Məsələn, operada olarkən, məgər
siz zövq almırsınız?
Tamaşaçı. Hər şey yetərincə bir harmoniya içindədirsə, mənim həzzimin də həddi-
hüdudu yoxdur.
Vəkil. Səhnədəki o mehriban insanlar görüşərək bir-birlərini oxumaqla salamlayanda,
aldıqları məktubları bir-birlərinə nəğmə kimi oxuyanda, öz sevgilərini, nifrətlərini, bütün
iztirablarını nəğmələrlə ifadə eləyəndə, oxuya-oxuya savaşıb, oxuya-oxuya öləndə, bütün
tamaşanın və ya heç olmasa, onun bir hissəsinin sizə həqiqət kimi göründüyünü deyə bilərsinizmi?
Tamaşaçı. Doğrudan, fikirləşəndə, çətin ki, belə demək olar. Bunların heç biri mənə
həqiqət kimi görünmür.
Vəkil. Bununla belə, siz, hər halda, zövq alırsınız, məmnun olursunuz.
Tamaşaçı. Şübhəsiz. Gerçəkliklə uyuşmadığına görə bir vaxtlar operanın ələ salındığı
yaxşı yadımdadı. Buna baxmayaraq, operadan həmişə böyük zövq almışam və o
mükəmməlləşdikcə, kamilləşdikcə bu zövqüm daha da artıb.
Vəkil. Bəs siz özünüzü operada da aldadılmış hiss etmirsinizmi?
Tamaşaçı. Aldadılmış? Məncə bu, düzgün ifadə deyil – həm hə, həm də yox!