Page 127 - "Xəzər"
P. 127
Dünya ədəbiyyatının ən gözəl nümunələrindən olan “Faust”, “Gənc Verterin iztirabları”,
“Vilhelm Meysterin təhsil illəri” və sair bu kimi məşhur əsərlərin müəllifi Yohan Volfqanq Höte
(1749-1832) öz yenilikçi yaradıcığıyla təkcə Almaniyada deyil, eləcə də bütün Avropada
musiqinin, dramaturgiyanın, poeziyanın, nəsrin inkişafına güclü təsir etmişdir. Onun bədii
əsərləriylə yanaşı esseləri, fəlsəfi əsərləri, sənətin çeşidli sahələrini əhatə edən yazıları bu gün də
öz dəyərini itirməmişdir.

Sənətdə həqiqət və həqiqətə bənzərlik haqqında

Bir alman teatrının səhnəsində ovalşəkilli amfiteatr çəkilib, lojalarında isə sanki aşağıda
baş verənlərdə iştirak edən tamaşaçılar təsvir edilib. Parterlərdə və lojalarda oturan əsl
tamaşaçılardan bəziləri bundan narazıdılar ki, onlara həqiqət və həqiqətə bənzərliyə zidd olan
nəyisə qəbil etdirməyə çalışırlar. Bu xüsusda, təxminən aşağıdakı məzmunda belə bir söhbət baş
tutur.

Rəssamın vəkili. Görək necəsə razılığa gələ biləcəyikmi?
Tamaşaçı. Başa düşmürəm, belə bir təsvirə siz necə haqq qazandırmağa hazırlaşırsız.
Vəkil. Məgər siz teatra gələndə, gözləyirsiz ki, səhnədə oynanılanların hamısı doğru-
dürüst və gerçək olsun?
Tamaşaçı. Yox! Amma istəyirəm ki, heç olmasa, mənə hər şey düzgün və gerçək kimi
görünsün.
Vəkil. Əgər sizin dediyinizin əksinə olaraq, buna qətiyyən cəhd etmədiyinizi israr etsəm,
o zaman məni bağışlayın.
Tamaşaçı. Çox qəribədi! Əgər mən buna cəhd etməsəydim, onda mənzərənin uzaqdan
görünüşünü dəqiqliklə verən və bütün əşyaları incəliklərinə qədər canlandıran dekorçunun səyləri
   122   123   124   125   126   127   128   129   130   131   132