Page 125 - "Xəzər"
P. 125
QEYDLƏR:
1 Nadejda Afanasyevna Bulqakova – Bulqakovun bacısı, ərlik soyadı Zemskaya (1893–1974).
2 Tatyana Nikolayevna Bulqakova, qızlıq soyadı Lappa (1891–1982). Bulqakov 26 aprel 1913-cü ildə onunla evlənib.
3Lilya – İlariya Mixaylovna Bulqakova (1891–1980), Bulqakovun əmisi qızı.
4 Kolya dayı – Nikolay Mixayloviç Pokrovski, tanınməş cərrah-ginekoloq. Gənc Bulqakovlar Moskvaya gələndə onun
mənzilinə düşürdülər. “İt ürəyi” povestində Filip Filippoviçin prototiplərindən biri.
5 N.A.Bulqakova-Zemskaya xatırlayır: “Mixail Afanasyeviç Moskvaya o vaxt doğrudan da çox pis olan səhhətini
komissiyada müayinədən keçirməyə getmişdi. Bu dəfə onu hərbi qulluqdan azad etməmişdilər”. 1918-ci ilin fevralında Bulqakov
yenə Moskvaya gedib və bu dəfə onu hərbi qulluqdan tərxis ediblər.
6 Konstantin Petroviç Bulqakov (1892–?), Bulqakovun əmisi oğlu və yaxın dostu.
7 “Turbin qardaşları”. – Turbinlər soyadına yazıçının yaradıcılığında tez-tez rast gəlinir. Bu, Bulqakovun ana nənəsinin
– Anfisa İvanovna Pokrovskayanın qızlıq soyadıdı.
8 Yazıçının anası – Varvara Mixaylovna Bulqakova (qızlıq soyadı Pokrovskaya; 1869–1922). Əri öləndən sonra 1907-
ci ildə ikinci dəfə Bulqakovlar ailəsinin dostu, həkim İvan Pavloviç Voskresenskiyə ərə gedib.
9 V.M.Purişkeviç (1970–1920) – “Rus Xalq Birliyi”nin, “Mixail Arxangel Birliyi”nin liderlərindən biri, II–IV Dövlət
Dumasının üzvü. Böyük knyaz Dmitri Pavloviçlə və knyaz Feliks Yusupovla Q.Rasputinin qətlində iştirak ediblər.
10 Bulqakov 1921-ci ilin sentabrda Qafqazdan Kiyevə gəlişini və qısa müddətdə anasının yanında qalmasını xatırlayır.
11 Bulqakovun bacısı – Vera Afanasyevna Bulqakova, ərlik soyadı Davıdova (1892–1973), pedaqoq.
12 Anasının ölüm ayağında yanında qızları Lelya ilə Varya (əri Leonidlə) və İ.P.Voskresenski olublar. Vur-tut 52 il
yaşayan anasının qəfil ölümü Bulqakovu sarsıtmışdı.
13 Varvara Afanasyevna Bulqakova (1895–1966), Bulqakovun bacısı.
14 Sərgi 1 noyabr 1925-ci ildə “Gertsen Evi”nin təntənəli açılışı üçün nəzərdə tutulmuşdu.
15 Yeni yazmağa başlayan dramaturqun dünya şöhrətli Moskva Akademik Bədaye Teatrının Şurasına və müdiriyyətinə
qətiyyətli müraciəti, Bulqakovun sərt mövqeyindən, konyuktura xatirinə güzəştə getmədiyindən xəbər verir.
Uzun danışıqlardan sonra “Sondan əvvəl” başlığı “Turbinlərin güzəranı” ilə əvəz olunur, pyes 4 pərdədən ibarət olaraq
qalır və petlyuraçılar səhnəsinə toxunulmur.
16 Le Theatre de Mathurins – Matyuzen teatrı. 1898-ci ildə yaradılıb. 1927/28-ci illər mövsümündə bu teatrda tanınmış
rejissorlar L. və J.Pitoyevlər çalışırdı. Bulqakovun pyesinin tamaşaya qoyulduğu barədə məlumat yoxdur.
17 “Societe des auteurs, compositeurs et editeurs de musique” – “Yazıçılar, bəstəkarlar və musiqi naşirləri Cəmiyyəti”,
1851-ci ildə yaradılıb.
18 Pyesin IV pərdəsində hadisələr Parısdə cərəyan edilir.