Page 124 - "Xəzər"
P. 124
Bir ildi baş sındırıram, axı nə oldu? Onun sözlərini eşidəndə axı məni qara
basmamışdı. Axı o demişdi: “Bəlkə, sizə doğrudan da xaricə getmək lazımdı?..” O
bunu demişdi! Nə baş verdi? Axı o məni qəbul eləmək istəyirdi...
... Ancaq gözüm açıldı. Bir ildən artıq vaxt keçib. Yenə məktub yazmaq,
əlbəttə, olmazdı. Buna baxmayaraq, yazda məktub yazıb yolladım. Onu yazmaq çox
çətin idi. Baş katibə münasibətdə yalnız bir şey mümkündü – düzlük. Ancaq gəlin
indi bunun hamısını məktuba yerləşdirin. Qırx səhifə yazmaq lazımdı. Bu həqiqəti
ən yaxşı teleqrafla ifadə eləmək olardı: “Əsəb yorğunluğundan məhv oluram.
Mənim təəssüratımı üç aylığa dəyişin. Qayıdacağam”.
Vəssalam. Cavab da teleqrafla ola bilərdi: “Sabah göndərin”.
Bu cür cavabı fikrimə gətirəndə üzülmüş ürəyim çırpındı, gözlərimə işıq
gəldi. Mən Parisi işıq selində təsəvvür elədim! Mən məktub yazdım. Qoqoldan sitat
gətirdim, duyğularımı ifadə eləməyə çalışdım.
Ancaq işıq seli yoxa çıxdı. Cavab gəlmədi. İndi əhvalım xarabdı. Bir nəfər
təsəlli verdi: “Çatmayıb”. Ola bilməz. Ağlı yerində olan, göylərdə uçmayan başqa
birisi məktubu saf-çürük elədi. Və əməlli-başlı narazı qaldı. “Kim inanar ki, sən o
qədər xəstəsən, mütləq arvadın səni müşayiət eləməlidi? Kim inanar ki, sən
qayıdacaqsan? Kim inanar?”
Uşaqlıqdan bu sözdən zəhləm gedir: “Kim inanar?..” Bu sözlər olan yerdə
mən yaşamıram, mən yoxam”. Mən elə özümə də onlarla belə sual verə bilərəm:
“Kim inanar ki, mənim müəllimim Qoqoldu? Bəs kim inanar ki, mənim böyük
ideyalarım var? Kim inanar ki, mən – yazıçıyam?” Və sair və ilaxir.
Hal-hazırda yaxşı bir şey gözləmirəm. Ancaq bir fikir mənə iztirab verir.
Deməli, daha vacib şey haqqında düşünmək zamanı gəlib. Amma vacib və
dəhşətlinin cavabını tapmamışdan əvvəl, məzuniyyət yox, arayış almaq istəyirəm.
Yəqin ki, arayış ala bilərəm?
Vikenti Vikentyeviç, mən qorxu, narahatçılıq içindəyəm, həmişə nəsə bir
bədbəxtçilik gözləyirəm, mövhumatçı olmuşam.
Sizin M.Bulqakov.